16.8.11

Ayaz Mütəllibov, Əliyevlər və Anar


Birdən-birə mənim heç gözləmədiyim, ağlıma belə gətirə bilməyəcəyim sözləri dedi:-Mənə kömək edin.
Təəccüblə: - Mən sizə necə kömək edə bilərəm, Hedər Əliyeviç?- deyə soruşdum.
- Mən burda qalmaq istəmirəm, Bakıya gəlmək istəyirəm. Siz indi nüfuzlu adamsınız, bu işdə mənə yardım edin.
- Əlimdən gələni edərəm, Heydər Əliyeviç- dedim ”. Bu sitat yazıçı Anarın memuar xarakterli “Uunudulmaz görüşlər” kitabındandır. Müəllifin bu söhbəti Moskvada Ali sovetin sessiyalarının birində Heydər Əliyevə telefon zəngi zamanı baş tutub.

Anar yazır ki, Əliyevin bu xahişi Bakıya dönən kimi rüstəm İbrahimbəyovla birgə Ayaz Mütəllibova çatdırırlar. Mütəllibov razılaşır.
“Mütəllibov mədəni adam idi, amma həmişəki nəzakətli davranışına xas olmayan bir tərzdə əlini masaya burub:_ amma respublikanın sahibi bir nəfər olmalıdır-dedi. Əgər heydər Əliyev bura gəlib siyasi məsələləriə qarışsa bir buna yol verməyəcəyik (Unudulmaz görüşlər. səhifə 84-85)”.

Bu hadisə baş verəndə qürbətdə Heydər Əliyevin 68 yaşı vardı. Tale elə gətirdi ki, indi 72 yaşlı Ayaz Müətllibov Əliyevlərdən asılı duruma düşüb. Bəzi fərqlər ondan ibarətdir ki, Mütəllibov artıq birmənalı olaraq Əliyevlərə biət edib, yaşı və imkanları ona siyasətlə məşğul olmağa məhdudiyyətlər yaradıb. Bəs görəsən belə bir şəraitdə yazıçı Anar illər əvvəl göstərdiyi təşəbbüsü təkrarlaya bilərmi?
Məsələn, o, bir ziyalı mövqeyi göstərib, İlham Əliyevə “ Mütəllibovu sındırmaqdan həzz almayın, onun sözün bütün mənalarından hay-hayı gedib vayı qalıb, imkan verin bu ölkədə həyatını davam etdirsin, bu həm də sizin atanızın əvəzinizdən bir vəfa borcunu qaytarmaq olar” yaza bilərmi?

İnanmıram. Yaxın illərin və günlərin təcrübəsi göstərir ki, bir qayda olaraq Anar müəllim ancaq özünə və valideynlərinə qarşı tənqidi yazılara olarkən cavab üçün qələmə sarılır.