Ana içeriğe atla

Kayıtlar

Ağustos, 2011 tarihine ait yayınlar gösteriliyor

Babək kimi Babək

“Güllədən, ölümdən qorxmayan insanı türmə ilə qorxutmaq gülüncdür”

Vicdan məhbusu, İctimai Palatanın 2 aprel mitinqində fəal iştirakına görə 1 il həbs cəzası AXCP fəalı Babək Həsənovun məhkəmədə son sözü. Hər kəsin oxuması vacibdir.

"Mən çox qısa danışacağam. Həqiqəti uzunçuluq etmədən də dərk etmək olur. Bizə verilən ittihamın qondarma olduğu hər kəsə aydındır. Bunu niyə etdikləri də bəllidir. Bizləri qorxutmaq istəyiblər. Amma səhv ediblər, özləri ilə bizi dəyişik salıblar.

Azad insanı, qəlbində azadlıq istəyi daşıyan insanı həbslə, zindanla qorxutmaq olmaz. Mən öz əvəzimdən danışıram. Mən kiməm, məni nəylə qorxuza bilərlər?!

Mən 1991-ci ilin sonlarında hərbi xidmətə çağırılan əsgər olmuşam. Xidmətimin 7-ci günü məni tağım komandirinin müavini, 2 aydan sonra isə tağım komandiri təyin ediblər. 4 aydan sonra isə artıq mən müharibə şəraitində bölük komandiri idim.

Mənim qara qaşıma-gözümə görə etmirdilər bunu, döyüşgənliyimə, mübarizliyimə görə edirdilər. Qorxmazlığıma, şücaətimə…

Müsəlmançılıq

Ağlım kəsəndən müsəlmanların əlamətdar günlərinin vaxtı ilə bağlı mübahisələr içində olmuşam. Hər belə gün gələndə müsəlman bacı-qardaşların mübahisə üçün bol materialı yaranır.

Bu gün orucluqdur... Yox, yox sabahdır

Bu gün Aşuradır... Yox nə danışırsan, dünən idi

Bu gün əhya gecəsidir... Ola bilməz, iki gün sonradır.

Hərdən fikirləşirəm ki, bəlkə biz müsəlman ümmətinin ürəkparçalayan dərəcədə qeyri-dəqiq olmasının səbəbi də bu dolaşıq müsəlman təqvimindən qidalanır

Azərbaycanın görkəmli bir alimi vardı, cavanlar onu çətin tanıya: Azad Mirzəcanzadə. Bir dəfə ondan müsahibədə soruşmuşdular ki, sizin əlinizdə imkan olsaydı xalqımızın hansı xasiyyətinin üstündən xətt çəkərdiniz. O, "qeyr-dəqiqliyin" demişdi və aşağıdakı müqayisə etmişdi.

Təsəvvür edin ki, bir azərbaycanlı çörək yeyir və biri ordan keçəndə onu da yeməyə dəvət edir.

Həmin adamın cavabı belə olur: "sağ olun". İndi gəl baş aç bu sağ olun, acam deməkdir, toxam deməkdir, ya başqa nədir :)

Camaat öz hüququnu bilmir də...

Bizdə belə bir fikir geniş yayılıb: "Camaat öz hüququnu bilmir də..."
Guya ki, hüququnu bilməyəni minmək lazımdır, guya kı hüququnu bilməyəni bilənlər döyməyi,söyməyi haqq edir.
Ay qardaş, ay bacı mədəni dünya artıq nəinki hüququ, heç "H" hərifindən bixəbər iti, pişiyi, sərçəni müdafiə edir, nəinki insanı...
Bəli, Azərbaycanda sürətlə cəhalət toxumu səpilir, insanları elmdən, bilikdən uzaqlaşdırırlar, lakin, bizim problem savadsızlıqla bağlı deyil.
Bizim başımıza gələn bu müsibətlər siyasi rejimin, hakimiyyətin cahil, anti-demokratik və ədalətsizliyi ilə bağlıdır.

Buyurun, bu gün hüquq müdafiəçisi Vidadi İsgəndərliyə məhkəmə "3" il iş verdi...
Buyurun, bu gün vəkil Elçin Namazovu siyasi məhbusların müdafiəsindən uzaqlaşdırdılar...
Buyurun, 3 gün əvvəl vəkil Xalid Bağırovun 1 il vəkil kimi fəaliyyətinə qadağa qoyuldu

Və xatırlayın...
hüquq fakültəsinin qırmızı diplomçusu AXCP sədri Əli Kərimli 6 ildir pasport ala bilmir.

Hakimin cəllada oxşarlığı

Fotoda gördüyünüz şəxs Səbail rayon məhkəməsinin hakimi Elnur Həsənovdur.
Hə, yəqin çoxlarınız onu tanıdı; o, 2 gün əvvəl "2 aprel" məhbuslarına hökm oxuyan adamdır.
Onu məhkəmənin ilk günündən sonunacan diqqətlə dinlədim. İnsafən, özünü xeyli mədəni aparmağa çalışırdı. Türkiyədə təhsil alıb, Elçibəy hakimiyyətinin xaricə göndərdiyi ilk tələbələrdəndi.

Hamıda qeyri-ixtiyarı bir hiss formalaşmışdı ki, bəlkə bu mədəni oğlan hökm verərkən adətdən kənar hərəkət edəcək. Amma olmadı. O, günahsız yerə həbs olunan siyasi fəalları azadlıqdan məhrum etdi.
Elnur kimi adamlara pambıqla baş kəsənlər deyirlər.
Lakin, mən onun haqda daha gözəl bir lətifə bilirəm.

Bir gün cəllad üstündə baş kəsdiyi kötüyü mişarlayıb balacaladır. Ondan niyə belə etdiyini soruçurlar.
Cəllad: Ölkəmiz Avropa Şurasına girib. AŞ-ın tələbidir ki, cəzalar humanistləşdirilməlidir. Mən də kötüyü balacalaşdırıram ki, kəsdiyim başlar çox yuxarıdan yerə bərk dəyib əzilməsin :)
Bax Elnur da bu cəllad kimi humanistdir


Rafiq Tağıya "savadsız" deməyə dilim dönmür, bəs nə deyim?

Rafiq Tağının Elnur Astanbəyliyə cavab yazısı bəlkə də onun həyatı boyü etdiyi ən böyük qəbahətdir.

Rafiq müəllim Elnurun yazısından iyrəndiyini deyir, bəlkə də belə olub, ancaq buna görə o da mütləq bizi iyrəndirməli idi?

Rafiq müəllimin yazısı başdan ayağa hirs-hikkə, təhqir və savadsızlıqla doludur. Bu yazı özünü inkardan başqa bir şey sayılmaz.

Yazda əsas iki qiymətverici məqam var

Bir: Elnur yalançı inqilabçıdır
sitatlar: "Köşə yazmaqdan da siyasi ədəbiyyat oxumağa vaxt tapmır. İnşallah, haçansa oxuyar, bir vaxt inqilabçı olmadığını özü görər".

"Cəmiyyətdə pozitivi görməyəcək dərəcədə qabiliyyətsizdir. Şair olacaqdı, yalançı inqilabçı oldu".

İki: İnqilabçı, inqliabçılıq pis şeydir.

Sitat: " İnqilabçılıq quldurluq formasıdır".
"İnqilabçı - cəmiyyəti talan etməyə ixtiyar qazanmış quldurdur".

İndi mən o gözəl doktordan soruşmaq istərdim, doktor sizin doktor ehtiyacınız yoxdur ki? Bu nə pəhriz, bu nə tutma?

İnqilabçılıq pis şeydirsə, Elnur da in…

Cəsarətin gücü

Bilmirəm, Hüqonun "Səfillər"ini oxuyubsunuz ya yox...
Möhtəşəm əsərdir, əfsanəvi kitabdır. Bu elə kitablardandır ki, insanın içində fırtına yuaradır.
Hüqonu oxuyanda mən özümü mitinq eyforiyasında hiss edirəm, soruşmuşam çoxlarında belədir.
Hüqonun abzaslarını oxuyanda gözüm önündə xitabət kürsüsündə parlaq bir natiq canlanır.
"Səfillər" hər fəsili ayıca bir roman olan, qalın bir kitabdır. Bəlkədə "hər fəsil"i yox, hər abzası yazmalıyım.

Mən sizə "Səfillər"in 2-ci cildindən (III hissə, 11-ci fəsil) cəmi bir abzas təqdim edəcəyəm. O abzası diqqətlə oxuyun, lazımdırsa dönə-dönə oxuyun. Sevdiklərinizlə paylaşın və düşünün...

Məndən olsa Hüqonun təqdim etdiyim qeydlərini bu gün avtoritarizmlə şiddətli mübarizə aparan partiyamızın- AXCP- nin əsasnaməsinə salardım.

"Cəsarət etmək! Tərəqqi cəsarətlə əldə edilir!
Bütün şanlı zərəflər az, ya çox dərəcədə igidliklə qazanılır.
İnqilabın olması üçün Monteskiyonun onu qabaqcadan hiss etməsi,
Didronun t…

Elçibəy ölən gün

2000-ci ildə artıq BDU-i bitirib kəndimə dönmüşdüm.

Avqustun 20-də təzə ayaqqabı almışdım. Bütün təzə ayaqqabılar kimi mənimkidə ayağımı bərk sıxırdı.

Həmin ayaqqabımı geyib Bakıya gəldim, konkret nə məqsədlə unutmuşam..

Ayaqqabı məni məhv edirdi. Başımı isti deşirdi, ayağımı da o.

Bakıda biz cəbhəçilərin ata evindən də doğma "Xaqani 33"i vardı (AXCP və "Azadlıq" qəzetinin ofisi). Bu cəbhəçilər üçün yazılmamış qayda-qanun idi, Bakıya çatan kimi Xaqani 33-ü ziyarət etməliydin.

Saat 12-i filan olardı, qərargaha çatdım. Ordakı məşhur çayxanada Ruslan Bəşirli, indi hansısa nurçu icmasında olan Nicat adlı müxbirlər oturub çay içə-içə söhbətə başladım.Mövzu Elçibəy idi.

Əbülfəz bəy uzun vaxt idi xəstəxanada idi, ondan xoş xəbərlər gəlmirdi, üstəlik partiyada bir qrup aləmi qarışdırmaqdaydı.

Birdən birə üçümuzdə "Əbülfəz bəy vəfat etsə nə olacaq" söhbətinə daldıq.

Nicat Güney Azərbaycan mövzusunun Əbülfəz bəylə birgə torpağa gömüləcəyindən ahu zar etdi...

Mən d…

"Qəribə adam"ın ölümü

22 avqust Azərbaycan Milli Azadlıq hərakatının lideri, AXCP sədri Əbülfəz Elçibəyin vəfat günüdür. O, qəribə insan idi.


Bu qəribə adamdı
Oxşarı yox heç kimə;
əli,saçi,gözləri,
dil açib danişanda-
dilində çiçək açan
dəli-dəli sözləri-
nə qəribə adamdi.




Nə qəribə adamdi-
deyirəm, yer firlanir.
Piçildayir astadan:
-yurd yerində binəmiz
yox olub çadir-çadir.
Yəqin mənim göz yaşim
axib yeri firladir.

Nə qəribə adamdi-
deyirəm,külək əsir,
yaxin dur bu ocağa,
gəl qoruyaq bu odu.
Piçildayir astadan:
-bu əsən külək deyil,
yurd boyunca dolaşan
xətainin ruhudu.

Bu adam nə qeribə,
nə qəribə adamdi.

Nə qeribə adamdi;
dərdine bax,ay allah,-
niyə,niyə babasi
astiyaq min il əvvəl
vaxtinda öldürməyib
xəyanetkar harpaği?

Dərdine bax,ay allah,-
hansi uzaq dağdasa
susuzluqdan saralib
cir armudun yarpaği...

Nə qəribə adamdi-
dərdinə bax,ay allah!

Nə qəribə adamdi,
dedim,-sənin bəd günün,
dedi,-o gün ki,özüm,
özümə tələ quran
-gülsüz qoyan gülüstan,
sivas,şuşa,çaldiran;-
birmi,üçmü,ya beşmi?
Dedim:-qardaş,ne…

Lal və karları müşahidə edərkən

Bəşəriyyətin tarixində müstəsna rol oynayan ixtiralar var. Məsələn, elektrik, avtomobil və s.

Biz onlardan çox rahatlıqla istifadə edirik. Heç bu kəşfləri edən insanlara bəzən ömür boyu minnətdarlıq etməyi ağlımızdan da keçirmirik.
Dünən gecə evə gəlirdim. Çox da yorğun idim. Avtobusda 3 nəfər diqqətimi çəkdi. Onlar lal-karlar idi.
Sanki birinci dəfə görümüşəm kimi onları xeyli süzdüm. Elə rahat danışrıdılar ki...Bir-birilərini əl işarələri ilə anlayır; gülür, təəccüblənirdilər.
Mən çox sevindim. Nə yaxşı bu insanların bir-birini anlamasını asanlaşdıran bir ixtira var deyə.
Bilmirəm o ixtiranı kim edib. Boş vaxtımda o adam barədə oxuyacağam.
Öz-özümə dedim ki, bax belə ixtira edən adama canım da qurbandı.
Niyə o cür insanlara bizim ölkədə heykəl qoyulmur? Niyə o cür insanların əməlləri tərənnüm olunur.
Bəyəm məsələn bu lal-karların ünsiyyəti üçün metid fikirləşən alim "dünya şöhrətli avtomoloq"dan zəif, savadsız, faydasız olub ki?

Əyilən başlar haqqında

"2 aprel" aksiyasına görə həbs olunanların məhkəmə zallarından çəkilişə qadağa qoyulub. Cəmi bir dəfə 5 dəqiqəlik foto-çəkilişə Nəsimi rayon məhkəməsi icazə verdi. Mən də orda 4-5 kadr çəkdim.
Bu fotolar çəkiləndən sonra növbəti məhkəmədə şahid "zərərçəkmiş" polislərdən biri mənə yaxınlaşıb dedi: Qardaş, mənim yoldaşımla əyilib söhbət etdiyi yerdə fotomu vermisən. İşdə də hamı mənə deyir ki başını niyə aşağı salmısan?
Mən də dedim ki, əşi olan şeydir, bir də çəkəndə səni dik çəkərəm.
İşə qayıdanda gördüm ki, polis adətinə xilaf çıxmayıb yenə yalan danışıb. Fotodan aydın görünür ki, onlar söhbət etmir, sadəcə, sifətlərini gizləmək üçün hərəsi başını bir tərəfə əyib.
Üstəlik arxada da bir "zərəçəkən" də üznü gizlədib.
Mən bu halı çox müsbət qiymətləndirdim.
Bu adamlar alçaqlıq edir, bu şəksizdir. Ancaq görünən budur ki, onların mənəviyyatını sistem tam məhv etməyib. Utana bilirlər, sifətlərini xalqdan gizlədirlər, qürurları qalıb demək ki...
Onlar yaramazlı…

Bayıl niyə sürüşür?

Bizim elin bir məsəli var; biri xəcalətli, rüsvayçı bir iş görəndə vicdanlı adamdırsa deyir yer yarılsın yerə girim.
Son 10 ildə Bayıl yamacında 4-cü dəfədir ki, torpaq sürüşür, yer aralanır.
Bu nəyə işarədir?
Bilənlər bilir, bilməyənlər də öyrənsin; yarılan yer Prezident Aparatının 1 km-liyindədir. Azərbaycan hakimiyyətində utanan sifət olmadığından yer özü mesaj verir: Gəlin girin altıma, sizi də, xəcalətinizi də ört-basıdır edim.
Rejim hələ ki, ana təbiətin də çağırışını qulaq ardına vurur.
Görək nə vaxtadək belə davam edəcək?


İyrənirəm

Ola bilər ki, siyasət sizlik deyil.

Ola bilər ki, sizin Azərbaycan müxalifətindən, onun liderlərindən lap zəhləniz də gedir.

Ola bilər ki, siz İlham Əliyev irticasına heyransınız, hətta ömürünüzdən kəsib onunkuna calamaq da istəyirsiniz. Mümkündür.

Ancaq siz hələ də özünüzü insan sayırsınızsa, ürəyinizin bir guşəsində ədalət, haqq, insanlıq deyilən dəyərlərə hörmətiniz zərrə qədər qalıbsa soruşmaq istəyirəm: 2 aprel aksiyasına görə bu gün həbs olunanlara prokurorun istədiyi ağla gəlməz həbs müdddəti sizi heçmi əsəbiləşdir?

Biz hansı cəhənnəmdə yaşayırıq? "İstefa" "Azadlıq" deməyə görə də adama 4 il iş istəyərlər? "İstefa", "Azadlıq" bu rejimin zatını söyməkdir, nədir?
Niyə imkan vermişik ki, hakimiyyət onun qulqaravaşı olan prokurorlar, hakimlər bu qədər qudurublar?

Bu gün müxalifət fəallarını şərləyirlər; qoy bu heç sizin vecinizə də olmasın. Axı bu şər bir gün sizi də yaxalayacaq.
Axı başımızı kola soxmaqla şərdən gizlənmək mümkün deyil...
Mən…

Hər yeri-şeyi qara görmək

Bayıl yamacını 1 aya yaxın idi eşirdilər. Bu elə bir yer idi ki, kəskin sürüşmə zonası olduğu bütün mötəbər sənədlərdə əks olunub. Lakin, görməmişlik, acgözlük burda tikinti aparmağa höküməti vadar etdi. Onların gözü o qədər qızmışdı YAP-çıların burda təmtəraqla əkdikləri ağaıcları da günün günorta çağı qırıb tökdülər.
Bu vəhşilik qarşısında bizim hamımız gücsüz qaldıq. Ana təbiət isə dözmədi; bu gün həmin yerdə sürüşmə baş verdi. Mən o sürüşməni dəstəkləyirəm...
Deyirlər ki, bir vaxt Nəmrud adlı padişah da o qədər qudurubmuş ki, göyə ox atıb tanrını öldürmək istəyib. Ox qayıdıb onun gözünü deşir...

Bizi həyatda saxlayan qüvvə

Mən tez-tez düşünürdüm; bizim adamların bu qədər bitməyən dərd-sər var, bəs onların niyə ürəyi partlamır, gülürlər, şənlənirlər, domino oynayırlar, toyda süzürlər....onlar yaşamaq üçün hardan güc alırlar?
Bu günlərdə bu ecazkar sirri özüm kəşf etdim.
Buddizmə görə nə qədər çox həzz mənbəyin varsa iztirabların da o qədərdir. Yəni, həzzin biri yox olanda onu iztirab əvəzləyir.
Mən buddizmin bu ideyasının tərsini düşünürəm; iztirab mənbəyi çoxaldıqca həzz mənbəyi də artır.
Baxın, dünyanın heç bir normal ölkəsində JEK-dən adi arayışı dava-dalaşsız, rüşvətsiz almaq insana həzz, müsbət enerji bəxş edə bilməz. Biz də isə bu realdır. Ona görə də azərbaycanlılar böyük müşkülə dönmüş hər xırda işi həll edəndə əvəzsiz bir kef yaşayırlar və bu onlarda həyat şövqünü yüksəldir. Məsələn, avtobusda basa-bas olmayanda, işıqları sönməyəndə, iki gündən bir evlərinə su gələndə, əsgərlikdəki oğlulunu bit yeməyəndə və s...
Bir çox adi şeylərdən çox böyük miqdarda akkumliyasiya olunuruq. Bu da avtoritarizmi…

Buruq saçlarım

Dəqiq yadımdadır ki, uşaq olarkən məni narahat edən ən ciddi faktlardan biri saçlarımın buruq olması idi.
Kimsə mənim beynimə doldurmuşdu ki, anadan olanda saçını yalayan olmayıb deyə belədir :)
Kənd yerində olanlar bilir, heyvanlar anadan olarkən anaları onların telini yalayıb qurudur.
İllər keçdi, saçlarımın buruqları xəbərim olmadan düzəldi.
Anladım ki, saçların buruq olması dərd deyilmiş, dərd insanın içinin buruq, buruq olması, özünü və yolunun dolaşıq olmasıdır.

Ayaz Mütəllibov, Əliyevlər və Anar

Birdən-birə mənim heç gözləmədiyim, ağlıma belə gətirə bilməyəcəyim sözləri dedi:-Mənə kömək edin.
Təəccüblə: - Mən sizə necə kömək edə bilərəm, Hedər Əliyeviç?- deyə soruşdum.
- Mən burda qalmaq istəmirəm, Bakıya gəlmək istəyirəm. Siz indi nüfuzlu adamsınız, bu işdə mənə yardım edin.
- Əlimdən gələni edərəm, Heydər Əliyeviç- dedim ”. Bu sitat yazıçı Anarın memuar xarakterli “Uunudulmaz görüşlər” kitabındandır. Müəllifin bu söhbəti Moskvada Ali sovetin sessiyalarının birində Heydər Əliyevə telefon zəngi zamanı baş tutub.

Anar yazır ki, Əliyevin bu xahişi Bakıya dönən kimi rüstəm İbrahimbəyovla birgə Ayaz Mütəllibova çatdırırlar. Mütəllibov razılaşır.
“Mütəllibov mədəni adam idi, amma həmişəki nəzakətli davranışına xas olmayan bir tərzdə əlini masaya burub:_ amma respublikanın sahibi bir nəfər olmalıdır-dedi. Əgər heydər Əliyev bura gəlib siyasi məsələləriə qarışsa bir buna yol verməyəcəyik (Unudulmaz görüşlər. səhifə 84-85)”.

Bu hadisə baş verəndə qürbətdə Heydər Əliyevin 68 yaşı vard…

Evsiz Elçibəy

1992-ci ilin “Ordu” qəzetindən (sentyabr sayı) o çağın daxili işlər naziri İsgəndər Həmovdovla müsahibə oxudum. Müxbir ona deyir, ictimaiyyət prezidetin ailəsinin yaşayışından narahatdır. Çünki Elçibəyin evi yoxdur, o indi harda, necə yaşayır.
Nazirin verdiyi cavab məni xeyli təəccübləndirdi. O, deyir ki, prezident qardaşıgildə, onun ailəsi isə Naxçıvanda yaşayır.
Sentyabrda Əbülfəz Elçibəy 3 ay idi ki prezident idi. Bu müddətdə o hələ ailəsi üçün ev almayıbmış...

Məmləkət dağılırsa evli yaxud evsiz olmağın önəmi yoxdur

1992-ci ildə çıxan “Deyirdim ki, bu quruluş dağılacaq” kitabında (səhifə 92) isə Elçibəy evsizliyi ilə bağlı yazırdı..
“O yerdə ki millətin hamsı kölədir, hamısı faciənin işində yaşayır və məmləkət dağılır, orda evin olub-olmaması elə bir şey deyil...
Qardaşımın evində yaşayıram. Burda ayrıca otağım var, yazıram, oxuyuram. Məndən vəziyyəti yüz dəfə pis olan insanlar var; beş balası, on balası var, nəmin, xəstəliyin içərisində, zirzəmilərdə çürüyürlər.
Mən xaricdən gələ…

Kəmaləddin Heydərovun bu işlərdən xəbəri yoxdur ;)

Bu gün velosipedlə gedirdim. Gözümə bir "su hovuzu" yazılan lövhə dəydi. Sən demə, bu hövuz yanğın söndürmək üçün imiş. Yaxındakı "Yanğınsöndürmə" Məntəqəsinə məxsus olan bu hövuzu yaxında görəndə şok oldum.


Telefonla çəkdiyim fotoların effekti alınacaqsa siz də şok yaşayacaqsınız.
Bu hovuz suyla yox, mazutla, solyarka ilə doludur... Bu hovuz yanğını söndürməyə yox, qızışdırmağa yarayır.
Məncə Kəmallədin müəllimin bu işlərdən xəbəri yoxdur)))

Yadıma orta məktəbədə oxuyarkən yaşadığımız bir hadisə düşür.

V müəllimin dərsi idi. A müəllim bir uşaq yollayıb, sobanı alışdırmağa yanacaq istədi. V müəllim kerosin dolu şüşəni şagirdə verib dedi: A müəllimə denən ki, yanacaqdan ehtiyatla istifadə etsin, çox keyfiyyətli yanacaqdı...
5 dəqiqədən sonra uşaq geri dönüb dedi: A müəllim deyir ki, bu çox keyfiyyətsiz su imiş :)


Bizi niyə cahilliyə sürükləyirlər?

Bu gün İctimai Palatanın 2 apreldəki aksiyasına görə həbs edənlərin işi üzrə məhkəmə davam etdi.
Məhkəmədə siyasi məhbuslara qarşı şahidlik edən 8 nəfərdən 6-ı nə yeni, nə də köhnə əlifba ilə yazıb oxuya bilmədiklərini dedilər.

İndi, aydındırmı ki, İlham Əliyev niyə görə təhsil sistemini çökdürməkdə canfəşanlıq edir?
İndi bildinizmi, nə üçün təhsil haqqını sadə camaatın əli çatmayan həddədək artırırlar?

Ceyhun Nağının ölümü elə məni də öldürdü

Bu gün Azərbaycanın istedadlı şairi Salam Sarvanın ad günüdür. Salam ölüm, kəfən, qəbir haqda çoxsaylı şeirlərin müəllifidir. Onun haqda buna görə hətta lətifə də düzəldiblər. Deyirlər ki, Salam avtoqrafı oxuculara baş daşının üstünə yazıb verir.
Salam dostum Ceyhun Nağının bacısının əridir. Ceyhunun Salama hörməti çox böyük idi, onu tərifləyib gözümüzə soxmazdı, ancaq Salama qiymət verən 3 oxucusu vardısa biri Ceyhun idi. Bu gün Ceyhun gənc yaşında vəfat etdi. Bu Salama Ceyhunun özünəməxsus hədiyyəsi oldu.
Ceyhun min bir dərdi ürəyində səssiz yaşadan insanlardandı. Onun həyatı hər birimizin kimi ağır cığırlardan keçmişdi. Şəxsən öz həyatımla onunkunu birləşdirən nə qədər ortaq nöqtələr tapmışdıq...
Onunla görüşümüz ilyarımdan çoxdur planlaşdırılsa da heç cür alınmırdı. Elə facebookda hal əhval edirdik. Onda zərrə qədər pesssimizm görmüşdümsə, elə bu an Əzrayıl mənə də salam versin.
Mən çox ağır, çox gözlənilməz ölümlər görmüşəm. Laçın vaxtlarımda ən sevimli dostum qucağımda keçinib, …

Daş hasarlar

Cəfər Cabbarlının "Sevil" əsərindədir; Əsərin qəhrəmanı Balaş təmtəraqlı qonaqlarının qabağına yaşlı və görkəmsiz atasını çıxartmaqdan utanaraq, onu yan otaqda gizləyir...
Balaşın bu hərəkətinə nadürüstlük deyirəm, siz nə deyirsiniz öz işinizdi.
"Sevil"dəki bu anı  eks-prezident Ayaz Mütəllibovgilə hüzrə gedəndə xatırladım. Hürz Mərdakəandaydı.  "Əzizbəyov" metrosundan ta Mərdəkana qədər yolun hər iki yanında uca hasarlar var. O hasarlara milyonlarla dövlət vəsaiti-pulu xərclənib...Belə hasarları siz indi Bakının əsas yollarının hər iki yanında görə bilərsiniz.
Bəs bu hasarların rolu, missiyası nədir?
Xaricdən gələn görkəmli qonaqlardan Azərbaycan insanının acı mənzərəsini gizlətmək.
Balaş ölməyib, o iş başındadır...

Bu polisi görümüsünüz!!

Əlini arxasında cütləyən bu polis bizim "Tarqovı" dediyimiz yerdə xidmət aparır. Adı Mayis, soyadı Əliyevdir. Görənlər, xüsusən aksiyaçı gənclər ona Əliyev soyadının necə yaraşdığını gözəl bilirlər.
Mayis Əliyev təkcə soyadı ilə yox, sifəti (sözün əsl mənasında) İlham Əliyevə müdhiş dərəcədə bənzəyir.
Nəsə bunları ona görə yazdım ki, sizi xəbərdar edim ki, 2 aprel aksiyasına görə hazırda həbsdə yatan yoldaşların üzünə ən ciddi formada duranlardan biri bu Mayisdir.
Küçədə qabağınıza çıxsa bu az ondan kənar gəzin...

Üzəduranlar

Bu gün İctimai Palatanın 2 aprel mitinqinə görə zindanda yatanların sayından xəbəriniz var? 15 nəfərdilər. Mən dəqiqləşdirmişəm, onların 13-ü Azərbaycanın ən nüfuzlu təhsil ocaqlarında oxuyublar.

Mən dünən onların 11-nə qarşı qaldırılan cinayət işini-daha dəqiq desəm ittihamnaməni oxudum.
İttiham başdan ayağa cəfəngiyyatdır, buna söz ola bilməz.
Məni dəhşətə gətirən nədir?
Şahid kimi göstərilənlərin mütləq əksəriyyəti (50-ə yaxın) polis serjantıdır.
Burda başqa adam olmadığında öz aramızda yaza bilərik; biz hamımız bu serjantların nə tiplər olduğunu bilirik...
Harda əlindən iş gəlməyən, başında bir şey olmayan, xülasə, iki eşşəyin arpasını bölə bilməyənlər bizim şanlı ölkədə 2-3 min manat verib serjanta çevirilirlər.
...və bu adını yazmağı cəhənnəm əzabi kimi çətin bilən serjantlar ali təhsilli insanları, cəmiyyətin bu gününü və gələcəyini düşünə bilən insanları zindana yola salırlar.
Gəl, bu faktdan sonra Azərbaycanda elmə, təhsilə diqqətdən danışılanlara gülmə.
Azərbaycan hökumətinə …

Ilham Əliyevi heyvanla əvəzlədilər

Başlıq bir az təhqiramız görünə bilər, amma haşa, təhqir məndən lap çox uzaqdır.
Gördüklərimi və faktı yazıram; bu bir qaydaya dönüb, rəsmi qəzetlərin hamısı bütün nömrlərində manşetə (baş yazıya) İlham Əliyevin adını və fotosunu çıxarırlar.
Bu gün "Azərbaycan" qəzetinə baxıb nə görsəm yaxşıdır?
Manşetdən quş kimi süzən cüyürlərin fotosunu yayıblar gedib...(veb variant üçün mənbə http://bit.ly/rjy0SO) Manşet məqaləsinin içində başqa növdən heyvanların da fotosu vardır
Nə deyim, proqressdir, sevinirəm...

Qapı açan igid

Mən avtobusun qapısını qırdığım üçün yox, Azərbaycanda dempokratiyanın qapısını açmaq istədiyimə görə həbs olunmuşam-AXCP sədrinin müşaviri Sahib Kərimovun sözləridir.
İctimai Palatanın 2 aprel aksiyasına görə tutulanlardandır Sahib Bəy. Hər məhkəmə prosesində Sahib bəy iti məntiqi ilə dövlət ittihamını darmadağın edir. O, nikbin əhval ruhiyyəsi ilə proses iştirakçılarına enerji sıçradır.

Sahib bəyi lap uzaqlardan tanıyıram. 1998-ci ildən səhv etmirəmsə. O təşəbbüskarlığı və təşkilatçılığı ilə seçilənlərdəndi. Onun həbsinin də səbəbləri elə də sirli deyil. Arxıvimdən iki foto tapmışam.

Bu birinci fotoda ortada duran Sahib bəydir. Bu tədbiri biz 2000-ci ildə "Azadlıq" qəzetinin köhnə ofisində keçirmişik. Onun sağında oturan gənc sonra dünyagirliyə daldı, indi hansısa dövlət qurumunda qarın otarmaqla məşğuldur. Sağda duran şəxs isə siyasi kimliyini qoruyur, amma daha çox mətbəx-ev təsərrüfatı, külfət işləri ilə məşğuldur

Və biz ikinci fotoya baxırıq. 2000-ci illərin əvvəlində Ş…

Bəy sözü

Bloqumu iki gün idi tələf etmişdim. Öz əllərimlə etdiyim bu dəhşət məni qısa müddətə amma güclü sarsıtdı.
Füzulinin sözləri ilə desək “əzəldən var ikən min ir dərdim yox dəvası, Bu yetməzdi ki bir dərd artırmışdı dərdimə bloq həm”...
Adamın gözünü qabağında əməyinin itib batması böyük zülmdür. Bloq artıq xeyirxah dostların köməyi ilə həyata dönüb.
Bir bəy kimi söz verirəm ki, bloqum ən azı mənim təşəbbüsümlə bir də dağılmayacaq.

Əli Kərimlidən maraqlı bir replika

"Naxçıvanda jurnalist Həkimeldostuya 189-1 maddə ilə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) cinayət işi açılıb.
Həyatin ironiyasina baxin, nefti, qazı ata malı kimi mənimsəyənlər indi də demokratları neft, qaz,enerji oğurluğunda ittiham edirlər".

(c) AXCP sədri Əli Kərimlinin twitter-dəki qeydi

Ruslan Bəşirli haqda nə düşünürsünüz?

Bu gün Ruslan Bəşirlinin həbsindən 6 il ötür. Ruslan "Yeni Fikir" gənclər hərakatının lideri idi. 2005-ci ildə o ən parlaq və ən populiyar gənclər hərakatına rəhbərlik edirdi.

Onu gözəl təşkilatçı və cəsur mübariz kimi lap tələbəliyindən tanıyıram. Ruslanla eyni vaxtda BDU-da oxuduq, eyni vaxtda siyasi həyata qədəm qoyduq, həyat elə gətirdi ki, Ruslanla bir vaxtda (1998) "Avrasiya" qəzetində jurnalist işlədim.
Ruslan heydərizmin ən güclü şəri ilə üzləşib. Baxın, Azərbaycan hakimiyyəti ən ağır cinayətlərdə ittiham edib tuttuqlarını əfv edib buraxır, amma Ruslana qarşı münasibət hələ də aqressiv olaraq qalır.

Ruslan haqda ən ajiotajlı şayə kampaniyası aparılıb. Bu gün də çoxları elə bilir ki, Ruslanı ermənilərə işlədiyinə görə tutublar. Uydurma şeylərdir, məhkəmə hökmündə Ruslanı dövlət çeviriliçinə cəhddə günahlandıraraq 7 il azadlıqdan məhrum edib.
İstintaq müddətində, elə zindanda da Ruslana olmazın işgəncələri verilib. Ondan bir peşəmançılıq, müxalifətə qarşı iz…

And içmək

Məhkəmədə olmusunuzmu? Oranın qaydasındır; kim məhkəmə önündə ifadə verir, o standart and içir. Bu and yazılı olur, hamı onu üzündən oxuyur və katib deyir, adam da onu təkrarlayır.
Dünən Səbail rayon məhkəməsində İctimai Palatanın 2 aprel mitinqində həbs edilənlərin üzünə duran 5 polis şahid kimi ifadə verdi. Polislərin birinin dediyini o birisi təkzib edirdi.
Məhkəmənin sonunda bu məqama işarə edib, yanaşı əyləşdiyimiz jurnalist dostum İlqar Rəsul dedi: "Bu məhkəmədə şahidlərin üst-üstə düşən cəmi bir neçə cümləsi oldu. O da ki, andın mətni idi :))"

Dağıdıcılıq

Dünən Səbail məhkəməsində İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olanların məhkəməsində vəkil Natiq Mustafayev şahid polisdən aksiya günü vəzifəsinin nədən ibarət olduğunu soruşdu.
Polis:İşimiz kütlələri dağıtmaqdan ibarət idi.(bura bax http://bit.ly/pbVu1V)
Mənə belə gəldi ki, polisin bu səmimi cavabı həm də Azərbaycan hakimiyyətinin mahiyyəyini açır.
Sirr deyil ki, bizim ölkədə polis rejimi hökm sürür. Polis də işinin dağıdıcılıq olduğunu deyir.
"Adımı sənə qoyaram, səni də yana yana qoyaram"-deyilir bizim bir məsəldə. İlham Əliyev hökuməti onun əsas istidnagahı-polisin dediyi kimi dağıdıcı olduğu halda müxalifəti "dağıdıcı, destruktiv ünsürlər" adlandırır

Qandal və tualet

Bu gün Səbail rayonunda 2 aprel məhbuslarının məhkəməsində "Azadlıq" radiosunun əməkdaşı İlqar Rəsulla yanaşı oturmuşduq.
Məhbusları arada bir qandallayıb tualetə aparmaq üçün çölə çıxarırdılar. Adi vətəndaşların çölə çıxması isə problem idi. Çünki çölə çıxanı geri qayıtmağa qoymurdular. Bu mənzərəni gözdən keçirən İlqar mənə dedi: Durub hakimə desəyən ki, məni qandallayın...
Soruşsa niyə? Deyəsən ki, tualetə getmək istəyirəm :)
İlqarın bu ideyası məni xeyli güldürüdü. Az qala qandalsı məni zaldan buna görə çıxaracaqdılar

Molla Nəsrəddin və Azərbaycan hakimiyyəti

Azərbaycan hakimiyyəti avtoritar Lukaşenko hakimiyyətinə 300 milyon dollar kredit verib. Bu il ərzində ikinci kreditdir. Hakimiyyətimiz sağa sola kredit paylayır. Ancaq nədənsə o öz vətəndaşlarına əlverişli şərtlərlə kredit verməyi heç düşünmür də.
Yadınızdadır da..bir gün mollaya deyirlər ki, molla, arvadın gəzəyəndir. O, da soruşur ki, bəs bizim evə niyə gəlib çıxmır?

Yəhudilərə halaldı!

Israildə orta aylıq əmək haqqı 2 min dollardan yuxarıdır. (bizədə 331 manat)
İsraildə mal əti 5, hinduşka əti 6, toyuq əti 4 dollar, qənd 70 sentdir.
Nəzərə alın ki, bunlar mağaza qiymətləridir, Tel Avivin Karmel bazarından məsələn, qiymətlər bundan ucuzdur, keyfiyyət eyni olsa da.
Buna baxmayaraq ötən gün 150 min yəhudi küçələri çıxıb ucuz həyat tələbi ilə aksiya keçirib.
Yadıma İncildə İsa peyğəmbərin süfrə ilə bağlı hekayəti düşdü. Tərəfdarlarının istəyi ilə İsa Məsihə tanrı bir süfrə verir. O süfrə hər dəfə açılanda içərisi bildirçin əti filanla dolurmuş. Yəhudilər o qədər bu müftə qidalanırlar ki axırda İsaya üsyan edirlər: “Ey İsa hanı bu sürfənin səbzə sarımsağı” deyə...
Yəhudi xalqının bu istəyini kim naşükürlük kimi qiymətləndirir öz işidir, şəxsən mən onların dünənki aksiyasını naşükürlük yox, maksimalizm sayıram və alqışlayıram.
Daha yaxşı yaşamaq insanların haqqıdır!