31.7.11

Yeni bir siyasi lətifə yarandı

Bu gün Səbail məhkəməsində İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunanlardan 4-nün işinə baxılırdı.

Məhkəmə iclası başlayan kimi hakim zala səs salmamaq və əlçalmamaqla bağlı xəbərdarlıq etdi. Ötən dəfə siyasi məhbusları alqışladığına görə beş nəfər zaldan çıxarılmışdı. Hakimin bu dəfə alqışla bağlı xəbərdarlığına zalda əyləşən AXCP funksioneri Nemət Əliyev etiraz etdi.
O, dedi ki, alqışda heç bir cinayət və əxlaqdan kənar element yoxdur: “Bu sadəcə emosiyanın təzahürüdür”. Buna cavab olaraq hakim gedin emosiyanızı zaldan kənarda nümayiş etdirin deyəndə Sahib Kərimov onun fikirinə əsl şəkili kimi replika verdi: “Kənarda da emosiyamızı nümayiş etdirən də tutub bura gətirirlər də”