31.7.11

İsti

Hər dəfə amansız isti düşəndə diplom işimi xatırlayıram və gülürəm. 2000-ci il idi, BDU-nun biologiya fakultəsini bitirirdim. Diplom rəhbərim çox gözəl bir insan idi. Məni zərrə qədər çətinə salmadan bir kitab verdi, dedi get filan səhifədən filan səhifəyə qədər köçür, əzbərlə. Belə də etdim. Mövzumun adı "Ekstremal temperaturda fotosintez" idi.
Diplom işin yükəsk səviyyədə, pafosa qapılaraq gözümü də qırpmadan danışdım.
Ora-bura suallar-hamısına tapança kimi cavab verdim. lap sonda küncədə dayanan müəllimlərdən biri soruşdu: "bala, sən hansı rayondansan?"
- Sabirabaddan...
- Sabirabadda yayda nə qədər isti olur?
- 40, 45
-Bəs, sən ekstremal temteratur kimi nə qədər götürübsən???
- 35

Hər şey aydın olmuşdu. Mən Rus kitabından köçürmə etmişdim və ora üçün 35 dərəcə ekstremal temperatur sayılır )))