18.7.11

Elmar Hüseynovu unutdunuzmu?


38 yaş bir yaradıcı adam üçün, ümumiyyətlə insan üçün nə deməkdir, bilirsinizmi? Bilərsiniz, bilərsiniz...
6 il bundan əvvəl martın 2-də Azərbaycanın yeni tarixinin ən parlaq şəxsiyyəti, tükənməz enerji və prinsipial yazıları ilə hər kəsi heyrətləndirən igid Elmar Hüseynovu bax bu yaşda qətlə yetirdilər. Kim? Bu rejim, Əliyevçi rejim.
Sübut istəyirsinizsə Elmarın yazılarını oxuyun bir daha.
Sözüm başqadır.
Bazar günü Elmarın 44 yaşı tamam olurdu. Qəbirini ziyarətə getmişdik. Bilirsiniz nə qədər adam vardı-20.
Əlbəttə, mən anlayıram ki, torpağın üzü soyuqdur, ölənlə ölmək olmaz və i. və s.
Ancaq dostlar, Elmar məsələsi fərqlidir. Onu qətlə yetiriblər, qatilləri də hələ tapan yoxdur.
Elmarı sənə, mənə görə öldürüblər.
Elmarı bizi rahatca minmək, minib çapmaq, talamaq üçün öldürüblər.
Elmarı öldürdülər ki, biz susaq, zülmə, zalıma əl çalmağa öyrənişək.
Elmar əsl fədakar insan olub, özünü fəda da edib. Onun xalqdan bir tənamması da olmayıb, inanıram ki, onun ruhunun da bizlərdən ziyarət gözləntisi yoxdur.
Şərə qələbə təntənəsi yaşamağı haram etmək üçün hər fürsətdə Elmarı yad etməyi hamımız üçün borc sayıram.
Biz belə insanlarımızın qiymətini bilmədikcə özümüzə heç kimdən hörmət ummamalıyıq.
Heydər Əliyevin gözdən saldığı bir söz var e “qədirbilən”-qədribilən olaq dostlar.

Bu yazını oxuyandan sonra özünə sual ver dost-niyə Elmarı yad eləyənlərdən deyilsən?