5.7.11

Avtomobillər

Bizim ailədə mən anadan olduğum gün avtomobil alınıb. Atam əvvəl “Moskviç” sürdü, sonra  "06",  lap axırda QAZ "24-10".
Heç vaxt o maşınların sükanı arxasında olmadım. Bu gün də avtomobillə aramda izah edə bilmədiyim qəribə nifaq görürəm. Sizə deyim ki, avtomobillə uzun yol getməyi çox sevirəm. Ancaq sürmək, yox, mənilk deyil...

Son vaxtlar avtomobillər, daha doğrusu onların vəhşi kimi idarə olunması məndə ciddi əsəb xəstəliyi yaratmaqdadır. Eşşək kimi yanımdam şütüyən maşınlara baxıb dəhşətə gəlirəm. Statistikaya görə ölkədə hər il qəzadan 1200 adam ölür. Bəs gözü çıxan qardaşdan niyə ibrət alan yoxdur?
Yəqin, qanunun işləmədiyi yerdə təbii seçmə öz sözünü elə bu formada da deməlidir.
***
Bir müəllim dostum var; bir dəfə onun kifayət qədər əldən düşən maşını ilə harasa gedirdik. Maşının içində o qədər səs vardı ki, müəllimim balaca qızı dedi: ata, bu maşının “xodunu” al da.