Ana içeriğe atla

Kayıtlar

Temmuz, 2011 tarihine ait yayınlar gösteriliyor

İsti

Hər dəfə amansız isti düşəndə diplom işimi xatırlayıram və gülürəm. 2000-ci il idi, BDU-nun biologiya fakultəsini bitirirdim. Diplom rəhbərim çox gözəl bir insan idi. Məni zərrə qədər çətinə salmadan bir kitab verdi, dedi get filan səhifədən filan səhifəyə qədər köçür, əzbərlə. Belə də etdim. Mövzumun adı "Ekstremal temperaturda fotosintez" idi.
Diplom işin yükəsk səviyyədə, pafosa qapılaraq gözümü də qırpmadan danışdım.
Ora-bura suallar-hamısına tapança kimi cavab verdim. lap sonda küncədə dayanan müəllimlərdən biri soruşdu: "bala, sən hansı rayondansan?"
- Sabirabaddan...
- Sabirabadda yayda nə qədər isti olur?
- 40, 45
-Bəs, sən ekstremal temteratur kimi nə qədər götürübsən???
- 35

Hər şey aydın olmuşdu. Mən Rus kitabından köçürmə etmişdim və ora üçün 35 dərəcə ekstremal temperatur sayılır )))

Sizin də dəli dostunuz varmı?

Diqqət etsəniz, fotoda əli güllü kişini Bakının mərkəzində görə bilərsiniz.
Tikansız bir adamdır, maraqlı tipdir. Onunla dostluğumuzun tarixi həbsxanadan başlayıb. 2003-cü il seçkisindən sonra Bayılda kameradaş olmuşuq. İ
Yox, o, siyasətçi deyil, tam başqa səbəbdən həbsə düşmüşdü. Salamını almayan qonşusunu “Əəə, yekabaş, salam allahındı, niyə salamımı almırsan”?- deyib kötəklədiyi üçün.

Ağayusif Əbdulrəhmanov 1961-ci ildə Göyçay rayonunun Bığırlı kəndində anadan olub. Evlidir, iki tələbə qızı var, ailəsi Əli Bayramlıda yaşayır. Kameramızda hər kəs onu dəli kimi qəbul edirdi, o da bu statusundan heç narahat da deyildi. Deyirdi: “Dəliyəm, amma Koroğlunun dəlisindən”.

Bir gün ondan soruşdum:

-Ağayusif, necə oldu ki, sən dəli oldun?

- Bilirsən, səhər yuxudan ayılıb həyətə düşən kimi qabağıma itim çıxırdı. Məndən soruşurdu, Ağayusif, necə yatdın? Deyirdim- yaxşı. İt də deyirdi ki, gecəni səhərə qədər səni qorumuşam, indi kişisənsə bir tikə çörək at yeyim, səni yenə qoruyum.
Çörək hardan…

Yeni bir siyasi lətifə yarandı

Bu gün Səbail məhkəməsində İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunanlardan 4-nün işinə baxılırdı.

Məhkəmə iclası başlayan kimi hakim zala səs salmamaq və əlçalmamaqla bağlı xəbərdarlıq etdi. Ötən dəfə siyasi məhbusları alqışladığına görə beş nəfər zaldan çıxarılmışdı. Hakimin bu dəfə alqışla bağlı xəbərdarlığına zalda əyləşən AXCP funksioneri Nemət Əliyev etiraz etdi.
O, dedi ki, alqışda heç bir cinayət və əxlaqdan kənar element yoxdur: “Bu sadəcə emosiyanın təzahürüdür”. Buna cavab olaraq hakim gedin emosiyanızı zaldan kənarda nümayiş etdirin deyəndə Sahib Kərimov onun fikirinə əsl şəkili kimi replika verdi: “Kənarda da emosiyamızı nümayiş etdirən də tutub bura gətirirlər də”


Bir məhkəmənin həsrətindəyəm

Dünən siyasi məhbusların məhkəməsində idim. Bu gün də oldum. Sabah da olacağam. Biri gün də... Mayakovskinin "İclasbazlar" adlı şeiri var;təxminən məznunu beılədir ki, bir iclas çağırıb bu yorucu iclaslara son qoymaq lazımdır:)

İndi mən də düşünrəm ki, insanlar hanaq yerə, ədalətsizcə yoran bu məhkəmələrə son qoymaq üçün cəmi bir məhkəməyə ehtiyac var. İlham heydər oğlu Əliyevin mühakiməsinə həsr edilən məhkəməyə.
Səhv düşünmürəm ki?

Müəllim

Yaxınlarda əcnəbi dil kursu keçirilən yerdə qonaq idim və maraqlı hadisənin şahidi oldum. Xeyli nüfuzu olan bu kursda repititor müəllimlə oranın xanım inzibatçısı arasında qarşıdurma yaranmışdı. Müəllim çox pul tələb edirdi, aldadıldığını deyirdi, inzibatçı isə onunla razılaşmırdı. Müəllim əsəbiləşdi, məsləyinə uyğun olmayan ifadə tərzinə keçdi, kobudluq göstərməyə başladı. Bu zaman inzibatçı xanım daha yuxarı rəhbərliklə o müəllimi azca qorxutmağa səy göstərərək dedi ki, “filənkəsə bu hərəkətlərini çatdıracağam, o da sizinlə əməkdaşlığa son qoyacaq”. Bu an o müəllim barıt çəlləyi kimi partladı: “Kimə, kimə deyəcəksən? Qələt edir filənkəs! Ver bura kağızı...”

Bunu deyib də stolun üstündən bir ağ vərəq götürüb ərizə yazdı və onu nümayişkəranə formada oxumağa başladı: “Filənkəs müəllim, məni işdən çıxarmaq istəyirsiniz? Bacarırsınızsa edin. Heç kim mənim şərəfimlə oynaya bilməz. Siz hamınız mənim yanımda balaca adamlarsınız”.Belə bir müəllim tipini mən çoxdandı görmürdüm. Nə gizlədim, o…

Elmar Hüseynovu unutdunuzmu?

38 yaş bir yaradıcı adam üçün, ümumiyyətlə insan üçün nə deməkdir, bilirsinizmi? Bilərsiniz, bilərsiniz...
6 il bundan əvvəl martın 2-də Azərbaycanın yeni tarixinin ən parlaq şəxsiyyəti, tükənməz enerji və prinsipial yazıları ilə hər kəsi heyrətləndirən igid Elmar Hüseynovu bax bu yaşda qətlə yetirdilər. Kim? Bu rejim, Əliyevçi rejim.
Sübut istəyirsinizsə Elmarın yazılarını oxuyun bir daha.
Sözüm başqadır.
Bazar günü Elmarın 44 yaşı tamam olurdu. Qəbirini ziyarətə getmişdik. Bilirsiniz nə qədər adam vardı-20.
Əlbəttə, mən anlayıram ki, torpağın üzü soyuqdur, ölənlə ölmək olmaz və i. və s.
Ancaq dostlar, Elmar məsələsi fərqlidir. Onu qətlə yetiriblər, qatilləri də hələ tapan yoxdur.
Elmarı sənə, mənə görə öldürüblər.
Elmarı bizi rahatca minmək, minib çapmaq, talamaq üçün öldürüblər.
Elmarı öldürdülər ki, biz susaq, zülmə, zalıma əl çalmağa öyrənişək.
Elmar əsl fədakar insan olub, özünü fəda da edib. Onun xalqdan bir tənamması da olmayıb, inanıram ki, onun ruhunun da bizlərdən ziyarət …

G2: Gənclik və geyim

Gecə oturub "Azadlıq" qəzetindəki arxivindən köhnə fotolara baxırdım. Diqqətimi nə çəkdi? Gənclər!
Çox uzaq yox, 2005-ci ilin gəncliyinin geyimini, saç-saqqalını gözdən keçirdim. Birmənalı olaraq mühafizəkarlıq hökm sürür. Məsələn, 19 yaşı gəncin geyim tipi, saç düzümü 61 yaşlıdakından qəti fərqlənmir.
Aradan 6 il keçib, indi xeyli fərqliliklər var. Sevindiricidir ki, aktivst gənclik indi öz tərzini diqtə edir. Siz diqqətlə fikir versəniz, indi gəncliyin özünəməxsus stilə sahib çıxması yaşlı siyasətçilərə də sirayət edib. Artıq uzun illər kostyumda görməyə öyrəşdiyimiz siyasilər də rahatlıqla idman geyimləri ilə publika önünə çıxa bilir. Qətiyyətlə demək lazımdır ki, artıq geyim azadlıqı bərqərar olunub. Bu azadlıq uğurunda böyük mübarizənin kiçik də olsa qələbəsidir.

Röya

2007-ci ildə mən "Bizim Yol" qəzetində işləyirdim. Qış təzə girmişdi, saytların birində oxudum ki, müğənni Röya BDU-da hüquqda oxuyur. Heyrət, axı ora necə girib, deim və düz məhkəməyə qədər getdim (ətraflı burda http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=9125).
Bəlli oldu ki, BDU-ya onu Rusiyadan köçürüblər. Məhkəmədə Röyanı BDU-dan qovduqlarını da dedilər. Bu barədə Ötən gün isə müğənni tv-də deyib ki, diplomum BDU-dadır, amma götürməyə həvəsim yoxdur...
Ərdoğan demişkən, biz sadəlövhlər üçün Nəcəfovanın diplom alması röya idi gerçək oldu.

Yol və yolsuzluq

Bu fotonu bu gün "Azadlıq" prospektində çəkdim. 28 may metrosundan azca yuxarıda. Yolu eşib tökürlər, cəhənnəmə goreşənlik etsinlər. Məni narahat edən büdcə pullarını bu cür eşeyənliyə tozlanmasıdır. Axı, bu yola indi sökülən bahalı daşları cəmi ilyarım əvvəl düzmüşdülər...

Avtomobillər

Bizim ailədə mən anadan olduğum gün avtomobil alınıb. Atam əvvəl “Moskviç” sürdü, sonra  "06",  lap axırda QAZ "24-10". Heç vaxt o maşınların sükanı arxasında olmadım. Bu gün də avtomobillə aramda izahedə bilmədiyim qəribə nifaq görürəm. Sizə deyim ki, avtomobillə uzun yol getməyi çox sevirəm. Ancaq sürmək, yox, mənilk deyil...

Son vaxtlar avtomobillər, daha doğrusu onların vəhşi kimi idarə olunması məndə ciddi əsəb xəstəliyi yaratmaqdadır. Eşşək kimi yanımdam şütüyən maşınlara baxıb dəhşətə gəlirəm. Statistikaya görə ölkədə hər il qəzadan 1200 adam ölür. Bəs gözü çıxan qardaşdan niyə ibrət alan yoxdur?
Yəqin, qanunun işləmədiyi yerdə təbii seçmə öz sözünü elə bu formada da deməlidir.
*** Bir müəllim dostum var; bir dəfə onun kifayət qədər əldən düşən maşını ilə harasa gedirdik. Maşının içində o qədər səs vardı ki, müəllimim balaca qızı dedi: ata, bu maşının “xodunu” al da.