Ana içeriğe atla

Kayıtlar

Haziran, 2011 tarihine ait yayınlar gösteriliyor

Siyasətin fövqündə olanlar

"Kəndinə dön, türk oğlu"
“Təbliğ” İslam Xeyriyyə Vəqfinin rəhbəri, Müsavat Partiyasının tanınan simalarından olan Seyid Camal Əzimzadə əvvəl bizim qəzetə, sonrasa “Azadlıq”a maraqlı bir fikir deyib: “2005-ci il parlament seçkisindən sonra vəqfin idarə heyətinin qərarı ilə mən siyasətin fövqündə dayanıram”. Oxuculara aydınlıq üçün yazım ki, bu sözləri Seyid müsavatdaxili son “razborka”lara bağlı müxbirin verdiyi sual əsasında deyib. Bu nəyinsə fövqündə durmaq söhbəti qədər məni qıdıqlayan tək-tük söz var. Inandığınız haqqı, nə işdirsə, azərbaycanlılar son illər kütləvi surətdə göylərə qalxmaq, reallıqların fövqündə durmaq xəstəliyinə yüksək intensivliklə yoluxur.
Şairlərimiz heç, onlar binayi-qədimdən bu xəstəliyin ən ağır formasını yaşayırlar. Gözəl insan Vaqif Bayatlı Önərin şeirlərini oxuyun, görün. Bu adamın bir cümləsi də yerlə bağlı deyil, şeirlərdə aşağı söhbət qalaktıkadan gedir. Bir dəfə bunu şairə irad tutanda o, bundan heç kimin narahat olmamasını məsləhət bildi. Dedi…

Təcavüzdən danışmalı

Şüvəlandakı 1 saylı internat məktəbində qızlara qarşı təcavüz və zorakılıq haqda Aynur Elgünəşin hazırladığı reportajı soyuqqanlılıqla oxumaq mümkün olmadı. Tək biz yox, baş prokuror da bu olaydan təsirlənib. Artıq işə prokurorluq qarışıb.
Çox gec oldu, amma heç olmamaqdansa indi olması yaxşıdır. İnternatın rəhbəri Mübariz Qasımovun, müəllimi Alışan Qurbanovun hərəkətlərinə hüquq qiymət verəcək. Bizim hələ ki heç kimi birbaşa ittiham etməyə ixtiyarımız yoxdur. Lakin ölkənin orta məktəblərində müəllimlər uşaqları heyvan kimi çırpırsa və bu görüntülər internetdə yayılacaq həddədək çoxdursa, internatda baş verən biabırçılıqda qeyri adilik axtarmağa dəyməz. Köməksiz, valideyn himayəsindən məhrum, üzərlərində ağıldankəm damğası olan qızlara qarşı istənilən nadürüstlüyü etmək bizdə gərək ki, çox asan olsun.
Axı çətin tərbiyə olunan uşaqlara rəhbərlik etmiş Makarenko Azərbaycanda çoxdan «xalq düşməni» elan edilib. Sizlə nədən desəniz, mərcləşərəm - Şüvəlandakı o müəllimlər Makarenkodan bir cüm…

Eynulla Fətullayev- Həbsdən öncə

Qeyd:   Bu yazı Eynulla Fətullayevin «Realnıy Azerbaydjan» qəzetinin son saylarının (2007) birində dərc edilib.*** Bir neçə gün sonra gözdən düşmüş digər oliqarx - Fərhad Əliyev üzərində proses başlayacaq və o da hakim elitanın əsəblərini kifayət qədər pozacaq. Özü də Əli İnsanov hakimiyyətin ideoloji cəhətdən dağılmasının və tənqidinin çox yüksək həddini müəyyən edib. F.Əliyev isə bütün həqiqətləri danışmağa, ictimaiyyətə bütün informasiyanı və əlbəttə ki, yeni faktları verməyə cəhd edəcək. Baş prokuror və hakimlər bu faktların hər biri üzrə cinayət işi qaldırmağa borcludur. Sonra isə Hüseyn Abdullayev - tayfa hakimiyyətinin daha bir ən informasiyalı nümayəndəsi üzərində proses başlayacaq. Bu adamın son dərəcə emosional və impulsiv xarakterini nəzərə alaraq əminliklə söyləmək olar ki, hakimiyyətin onu 5-6 il həbsxanada saxlamaq əhval-ruhiyyəsini yəqin edəndən sonra o da Əliyev hakimiyyətinin gizli bağlarını açmağa başlayacaq. Brejnevsayağı informasiya texnologiyaları və özünü ifşa edən…