Ana içeriğe atla

Kayıtlar

Mayıs, 2011 tarihine ait yayınlar gösteriliyor

“Biz gedirik gələcəyə qaliblərin cərgəsində”

(Bu məqaləm 2006-ci ilin oktyabrında "Azadlıq" qəzetində çıxıb)
Ilham Əliyev təqvim üzrə prezidentliyinin 3 ili ötdü. Neçə gündür Ilhamnamələr azərbaycanlıları feyziyab edir. Telekanalların israrla dediyinə görə, Ilham Əliyev atasının siyasi varisi kimi hakimiyyətə yiyələnməsəydi, məmləkətimiz dəhşətli fəlakətə uğrayardı. Məsələn, Xəzər neftini alan olmadığından uzun BTC “turba”larını pas tutacaqmış, xalqın sevimlisi olan Ilhamə, Ağadadaş, Bilal Əliyev səslərinə embarqo qoyub bir daha oxumayacaqlarmış.
Siyasi geopolitiklər lap qaramat doğrayırlar. Deyirlər, Ilham Əliyev prezident olmasaydı və Fransaya dalbadala səfər edib Jak Şirakı bağrına basmasaydı, yağı fransızların erməni soyqırımını tanımaları bu qədər yubanmazdı. 470 minlik gözəgörünməz iş yerləri açılıdığını da I.Əliyevin uğuruna yazanlar var. Nə bilim, vallah, bunlar ağır məsələlər olduğundan heç nə deyə bilmərəm. Ancaq Ilham Əliyevin konkret iki sahəyə verdiyi böyük töhfəni bu yazımla etiraf etməliyəm. Bunlardan…