Ana içeriğe atla

Kayıtlar

Mart, 2011 tarihine ait yayınlar gösteriliyor

Çayxanadan qovlanma

("Azadlıq" qəzetinin 01 Mart 2011  tarixində çap olan məqaləm)
 Bazar günü Sabirabaddaydım. AXCP-nin yerli şöbələrlə müşavirəsinə qatılmaq üçün getmişdik. “Azadlıq”ın dünənki sayını oxumusunuzsa, çox şey sizə aydın olmalıdır. Yerli hakimiyyət yenə hoqqabazlığında idi. AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Asəf Quliyev və bir-iki yerli fəal cəbhəçilə hansı “çayçı”da əyləşdiksə, “Qalxın!” dedilər. Bu “Qalxın!” əmri ədalı deyildi. Yalvar-yaxar, “mənlik bir şey yoxdur”, “balamın boğazını kəsərlər” tipli bildiyiniz formada…
Çayçıların belə etməsi əlbəttə özbaşına deyildi. Onların bizimlə, bizim də onlarla qərəzimiz yoxdur. Üstəlik, biz onlara pul qazandırırdıq. Onları polis, bəlkə də Icra Hakimiyyəti “cəbhəçilərə çay vermə” ilə təlimatlandırmışdı. Buna şübhə yoxdur.
Sabirabadda Bakıdan gələn müxalifətçilərə qarşı yerli hakimiyyətin “qonaqpərvərliyinə” birinci dəfə deyildi ki, şahidlik edirdim. 2006-cı ildən üzü bəri azı 5 dəfə polislər bizi çayxanadan deportasiya ediblər. Azər…