8.12.10

MTN haqda Bəy tərifi

DÜNYӘVİ DÖVLӘT YÜKÜ 2010‑12‑03,

İlham İsmayıl 1957‑ci ildә Tәrtәrdә doğulub. Bakı Dövlәt Universitetinin jurnalistika fakültәsini bitirib. Bәrdәdә komsomol orqanlarında çalışıb. SSRİ Dövlәt Tәhlükәsizliyi Komitәsinin Minsk Ali Kursunda tәhsil alıb. Dövlәt Tәhlükәsizlik Komitәsi (Milli Tәhlükәsizlik Nazirliyi) sistemindә xidmәt edib. Polkovnik‑leytenant, Qarabağ müharibәsi veteranıdır. DTK‑ nın (MTN) Gәncә Şәhәr Şöbәsindә әmәliyyat müvәkkili, baş әmәliyyat müvәkkili, Şәmkir vә Göyçay bölmәlәrinin rәisi, Milli Tәhlükәsizlik Nazirliyindә şöbә rәisi olub. İlham İSMAYIL Tәhlükәsizlik Araşdırmaları Mәrkәzinin rәhbәri

Bәşәr sivilizasiyası özünün yüksәk inkişaf mәrhәlәsini yaşayır. Müasir texnologiyanın kömәyi ilә insanların hәyatı nә qәdәr rifah tapsa da, dünyada baş verәn ictimai‑siyasi proseslәr, iqlim dәyişikliyi, iqtisadi böhranlar aydın şәkildә göstәrir ki, insanlıq tәlatümlü, gәrgin bir dövrünü yaşayır. Getdikcә bu tәlatüm yay kimi dartılır vә dünyanın bu vә ya digәr regionunda hadisәlәrin nәzarәtdәn çıxma ehtimalı artır. XX әsrdәki dünya müharibәlәri vә ayrı‑ayrı dövlәtlәr arasında savaşlar öz zamanına görә maraqlardan doğan gәrginlik pik nöqtәsinә çatanda baş vermişdi. İkinci Dünya müharibәsindәn sonra BMT‑nin yaranması, beynәlxalq vә regional tәhlükәsizlik sisteminin tәşkili (NATO, Varşava Müqavilәsi Tәşkilatı vә s.), kütlәvi qırğın silahlarının mövcudluğu dövlәtlәrarası irimiqyaslı müharibә faktorunu, konfliktlәri lokal sәviyyәyә endirdi. Dövlәtlәrarası, millәtlәrarası, dinlәrarası vә digәr ideoloji qarşıdurmalar digәr tәzyiq vasitәlәrinin axtarışına çıxdı. Nә qәdәr qәribә sәslәnsә dә, terror әn yaxşı tәzyiq vasitәsi kimi seçildi. Bu dәhşәtli, vahimә yaradan, insanları qorxu vә xof altında saxlayan metod XX әsrin ikinci yarısından artan xә☕� üzrә bu günümüzә qәdәr gәlib çıxıb vә gündәlik aldığımız informasiyaların başında gәlir. Terror yalnız XX әsrin vә yaşadığımız XXI yüzilliyin mәhsulu deyil, bәşәr sivilizasiyasının yarandığı gündәn mövcuddur vә öz spesifik tәzahürünә görә ictimai‑ siyasi hәyatda uzun bir tarixi yol keçib. Mәqsәdimiz terrorun tarixindәn bәhs etmәk olmasa da, onun tarixini, mahiyyәtini, onu doğuran sәbәblәri, bir sözlә, terrorun fәlsәfәsini bilmәdәn, müasir terrorizmә qarşı mübarizә aparmaq çәtindir. Terror haqqında birmәnalı tәrif mövcud olmasa da, mütәxәssislәrin әksәriyyәtinin gәldiyi qәnaәt budur ki, o, siyasi, dini, ideoloji, iqtisadi mәqsәdlәrә çatmaq üçün qeyri‑qanuni zorun, gücün, hәdәnin tәtbiq olunması formasıdır. Beynәlxalq terrorizm bu gün güclü strukturlara, texnologiya vә ona әsaslanan metod vә vasitәlәrә malikdir. Müasir terrorizmin fәaliyyәtini tәhlil edәndә aydın olur ki, mövcud strukturlar özünü kiçik aksiyalardan tutmuş “tәxribat‑terror müharibәlәri”nә qәdәr göstәrir. Beynәlxalq terrorizmin әsas hәdәfi bu vә ya digәr dövlәtin vә bir qrup ölkәnin xarici vә daxili tәhlükәsizliyi, onların ictimai‑dövlәt quruluşlarının konstitusiya әsaslarıdır. Mәqsәd “dövlәt idarәetmәsinin iflic edilmәsi, ciddi siyasi vә iqtisadi ziyanın vurulması, Mәqsәd “dövlәt idarәetmәsinin iflic edilmәsi, ciddi siyasi vә iqtisadi ziyanın vurulması, hәrbi‑siyasi vәziyyәtin destabilizasiyasıdır”. Tәәssüf ki, beynәlxalq terrorizmin hәdәflәrindәn olan ölkәlәrdәn biri dә vәtәnimiz Azәrbaycandır. Ermәnistanın vә ermәni millәtçilәrinin terror hәdәfi olan ölkәmizin hәm әrazisini itirmәsi, hәm dinc әhalisinin çoxsaylı tәlәfata mәruz qalması yaxın tariximizin ağrılı sәhifәsidir. Bu hadisәlәr әksәriyyәtimizin gözlәri qarşısında, şahidliyilә baş verdiyindәn mәqalәdә ölkәmizin başqa istiqamәtlәrdәn necә hәdәfә alındığına vә onunla mübarizәnin necә aparıldığına nәzәr yetirmәyә çalışacağıq. Konstitusiyaya әsasәn, Azәrbaycan Respublikasının dövlәt quruluşu dünyәviliyә, çağdaşlığa әsaslanır. Azәrbaycanın bir dünyәvi dövlәt quruluşuna malik olması vә bu istiqamәtdә aparılan ardıcıl dövlәt siyasәti ayrı‑ayrı ideoloji qrupları, tәşkilatları, onların arxasında dayanan dövlәtlәri narahat edir. Bu, adicә rahatsızlıq deyil. Qeyd edilәn ideoloji mәrkәzlәr, dövlәtlәr Azәrbaycana tәzyiq vasitәsi kimi terrora әl atır, bu mәqsәdlә ölkә vәtәndaşlarından istifadә etmәklә onları tәşkilatlandırıb terror aksiyalarını hәyata keçirmәyә sövq edirlәr. Beynәlxalq terrorizmin әn aktiv qolu dini zәmindә fәaliyyәt göstәrәn radikal terror tәşkilatlarıdır. Bu gün bir termin kimi “islam terrorizmi” işlәdilsә dә, islama, müqәddәs “Quran”a bәlәd olanlar bilir ki, hәqiqi islamın zorakılıqla, terrorla bağlılığı yoxdur. Ancaq tәәssüf ki, bu gün dünyada fәaliyyәt göstәrәn onlarla terror tәşkilatı mәhz islam dinini bayraq edәrәk, onun adı altında әn dәhşәtli terror aksiyaları hәyata keçirirlәr. Azәrbaycan da bu mәkrli fәaliyyәtin hәdәfindәdir. Dünya ölkәlәrinin әksәriyyәtindә terrorizmә qarşı mübarizәni, bir qayda olaraq, hәmin dövlәtlәrin xüsusi xidmәt orqanları aparır. Düzdür, terror tәşkilatlarının fәaliyyәtinin miqyası böyüyәndә xüsusi xidmәt orqanlarıyla yanaşı bu işin әsas ağırlığı ordunun üzәrinә düşür. Necә ki, Türkiyәdә PKK‑ya, Rusiyada Şimali Qafqazdakı terror tәşkilatlarına qarşı mübarizәdә әsas rol orduya aiddir. ABŞ‑ın Әfqanıstan vә İraqda apardığı antiterror әmәliyyatlarının da әsas iştirakçısı ordu qüvvәlәridir. Hindistanda, Pakistanda, Әlcәzairdә, bir sıra Latın Amerikası ölkәlәrindә antiterror әmәliyyatlarını әsasәn hәmin ölkәlәrin ordusu hәyata keçirir. Azәrbaycan Respublikasında terrorizmә qarşı mübarizә kimi çәtin vәzifә Milli Tәhlükәsizlik Nazirliyinә hәvalә edilib. Son illәr MTN bu istiqamәtdә gördüyü işlәrlә Azәrbaycan dövlәtçiliyinә böyük töhfә verib. Yuxarıda qeyd etdiyim kimi, Azәrbaycanın konstitusiya quruluşu dünyәvidir, Avropa dәyәrlәrinә әsaslanır. Sivil dünyaya inteqrasiya yolu tutmuş Azәrbaycan öz geopolitik mövqeyinә vә enerji resurslarına görә dünyanın diqqәt mәrkәzindәdir. Bu diqqәt hәr zaman xoşmәramlı deyil vә Azәrbaycanda mövcud dövlәt quruluşunu teokratik dövlәt sistemi ilә әvәz etmәk istәyәn qüvvәlәrin, ölkәmizә qarşı yönәlik siyasәtlәrinin qarşısının alınması üçün MTN‑in özәl xidmәtlәrini vurğulamaqla heç bir mübaliğәyә yol vermirik. Xüsusi xidmәt orqanı kimi fәaliyyәtinin bütün istiqamәtlәri, o cümlәdәn terrorizmә qarşı apardığı mübarizә bir qayda olaraq tәbliğ olunmadığından vәtәndaşların bu görünmәyәn cәbhәnin әsgәrlәrinin zәhmәti haqqında tәsәvvürlәri, tәbii ki, az olur. Ona görә keçmiş peşә yoldaşlarımın hәlә mәtbuatdan mәnә bәlli olan bir sıra әmәliyyatlarını yada salmaq vә qarşısı alınmadığı tәqdirdә Azәrbaycana dәyәcәk zәrәrlәr haqqında düşüncәlәrimi oxucularla bölüşmәk istәyirәm. Tәbii ki, mәqsәdim hәm dә vәtәndaşlara ilk baxışda sadә görünәn bu әmәliyyatların onların hәr birinin, elәcә dә gәlәcәk nәsillәrin hәyatında oynadığı müsbәt rolu tәsvir etmәklә insanlarımızı ayıq olmağa çağırmaqdır. Bir dә MTN‑in bu әmәliyyatlarına kölgә salıb guya bu işlәrin Qәrb qarşısında hakimiyyәtin xüsusi, uydurduğu işlәr olduğunu deyәnlәrә söylәmәk istәyirәm ki, hәyatlarını riskә atanların gördüyü işin bu cür qiymәtlәndirilmәsi gәnc әmәliyyat işçisindәn tutmuş rәhbәrliyә qәdәr olan insanları tәәssüflәndirir. Amma öz tәcrübәmdәn bilirәm ki, belә dәyәrlәndirmәlәr tәәssüfdәn o yana keçmir, qarşıya qoyulan vәzifәni yerinә yetirmәk üçün ağıl vә bacarıq ortaya  yana keçmir, qarşıya qoyulan vәzifәni yerinә yetirmәk üçün ağıl vә bacarıq ortaya qoyulur, diletant yanaşmalar xırda tәbәssümlә qarşılanır. MTN‑dәki xidmәti fәaliyyәtimlә bağlı bir hadisәni yada salmaqla fikrimә aydınlıq gәtirmәk istәyirәm. 1991‑ci ilin avqustun 29‑da Goranboyun Şәfәq kәndini ermәnilәr mühasirәyә almışdı. “Şubayın evi” deyilәn evdә (kolxoz sәdrinin evi idi) MTN‑in xüsusi dәstәsi dә bu mühasirәnin içindә idi. MTN‑in Gәncә şöbәsindә baş әmәliyyat müvәkkili işlәyirdim. Şöbәyә xәbәr gәldi ki, dәstәmiz mühasirәdәdir, kömәk lazımdır. 5 nәfәr silahlanıb kәndә yolda düşdük, әlavә silah‑sursat götürdük. Milis işçilәri kәndin kәnarında idilәr vә döyüş riskinә girmәk fikirlәri yox idi. Ermәnilәrin zәif qoruduğu yerdәn mühasirәni yarıb dәstәmizin üzvlәrinә yetişdik. Tәcrübәli komandir Ağәli Rәhimov, sonralar Milli Qәhrәman adı almış әvәzsiz döyüşçü, Daşaltı әmәliyyatı zamanı qәhrәmancasına hәlak olmuş Riyad Әhmәdov, Akif Rüstәmov vә başqa dostlarımız hәr tәrәfdәn atәşә mәruz qalsalar da, cәsarәtlә vuruşurdular. Bizim gәlişimiz uşaqları daha da ruhlandırdı. 24 saatdan çox mühasirәdә qaldıq, amma kәndin girәcәyindә strateji yüksәklikdә olan bu evi düşmәnә vermәdik. Atәş sәsindәn, mәrmi gurultusundan qulaq tutulurdu. Bir an belә göz qırpmadıq. Yalnız Rusiya Dövlәt Dumasının bir gündәn sonra gәlәn nümayәndәlәri atәşkәsә nail oldular. Bizә heç kim kömәk etmirdi. İki gündәn sonra mәtbuatda oxudum ki, Goranboy cәbhәçilәrindәn biri bu hadisә barәdә yazıb ki, “biz gördük ki, kәnddә olanlar MTN işçilәridir, o saat anladıq ki, bu, “KQB”nin oyunudur vә rayon mәrkәzinә qayıtdıq”. Mühasirәyә düşüb bir sutka dayanmadan atışmağı, hәyatını hәr an itirә bilmәyini göz altına almağı “oyun” kimi dәyәrlәndirәnlәrә yalnız acı‑acı gülümsәmәk qalır. MTN‑in antiterror әmәliyyatlarına da “oyun” şәrhini verәnlәr nә qәdәr yanlış olduqlarının fәrqindә olsunlar. Çünki MTN‑in zәrәrsizlәşdirdiyi dәstәlәrin planlarına nәzәr salanda, qarşıda uydurma “oyunu” deyil, millәtin, dövlәtin taleyi ilә “oyun” quranların hansı mәqsәdlәr güddüyünü görürük. 2007‑ci ildә mәşhur “Әl‑Qaidә” vә “Әl‑Cihad” beynәlxalq terror tәşkilatları ilә bağlı olduğu bilinәn “Әbu‑Cәfәr” lәqәbli әrәb mәnşәli şәxs başda olmaqla 17 nәfәrlik dәstә MTN‑in әmәliyyatı nәticәsindә zәrәrsizlәşdirildi. Dәstәnin mәqsәdinin Azәrbaycanda terror aksiyaları törәtmәklә әhalidә xof yaratmaq, şәriәt dövlәti qurmaq kimi planlar hazırladığı mәhkәmәdә sübut olunub. Tәsәvvür etsәk ki, MTN bu istiqamәtdә әmәliyyat şәraitinә zәif nәzarәt etsәydi, nәlәr baş verәrdi vә belә terror aktlarından “ruhlanan” neçә‑ neçә dәstә әmәlә gәlәrdi. 2007‑ci ilin oktyabrında Azәrbaycanın müxtәlif dövlәt qurumları vә ABŞ‑ın Bakıdakı sәfirliyi әleyhinә terror aktı keçirmәk istәyәn vә bu mәqsәdlә silah‑sursat әldә edib gizlәnәn qrupa aid dәstә üzvlәrinin yenә MTN tәrәfindәn zәrәrsizlәşdirilmәsi Azәrbaycan dövlәtinin Qәrbә inteqrasiyası yolunu kәsmәk istәyәn dairәlәrә nazirliyin ciddi zәrbәsi idi. 2008‑ci il prezident seçkisi әrәfәsindә şimal sәrhәdindә “Meşә qardaşları” ekstremist tәşkilatının üzvlәrinin tәxribatları ara vermirdi. Bu dәstә başçıları Mollaçiyevin rәhbәrliyi ilә Bakıdakı “Әbu Bәkr” mәscidini partladıb insanların ölümünә sәbәb olmaq vә ciddi siyasi bir dönәmdә panika yaratmaq, sabitliyi pozmaq mәqsәdi güdürdü. Qısa müddәtdә dәstә üzvlәrinin yaxalanması onların mәkrli planlarının olduğunu üzә çıxardı. Dәstә üzvlәri Quba vә Qusar rayonunda hakimiyyәt orqanlarını әlә keçirmәk kimi, faktiki dövlәt çevrilişinә cәhd etmә niyyәtindә olduqlarını istintaqda etiraf etdilәr. “Sәidin dәstәsi” kimi ictimaiyyәtә mәlum olan dәstәnin zamanında zәrәrsizlәşdirilmәsini qeyd etmәk gәrәkdir. Xarici dövlәtin xüsusi xidmәt orqanları ilә әmәkdaşlıq edәrәk Azәrbaycanda dövlәt çevrilişi etmәk, perspektivdә müstәqilliyә son vermәk, dini dövlәt qurmaq kimi planları olan bu dәstә üzvlәrinim vaxtında zәrәrsizlәşdirilmәsi dövlәti ağır zәrbәdәn xilas edib. 2010‑cu ilin mart ayında Aqil Namazovun başçılıq etdiyi mütәşәkkil dәstә Balakәn  2010‑cu ilin mart ayında Aqil Namazovun başçılıq etdiyi mütәşәkkil dәstә Balakәn rayonu әrazisinә külli miqdarda silah‑sursat keçirib vә guya din naminә cihad etmәk niyyәtindә olub. Hәm dә әyalәtdә deyil, mәrkәzdә ‑ Bakı şәhәrindә terror aktları hәyata keçirmәklә әhalini öz alәmlәrindә hakimiyyәtә, dövlәtә qarşı qaldırmağı planlaşdırıblar. Dәstә silah‑sursatı da әvvәlcәdәn Bakıya gәtirәrәk gizli yerlәrdә saxlayıb. Dәstәnin 8 üzvü MTN tәrәfindәn hәbs olunaraq mәhkәmәyә verilib. MTN‑in qeyd etdiyim әmәliyyatları mәtbuatdan bizә mәlum olanların heç dә hamısı deyil. Elә bunlarla da tәsdiq olunur ki, Azәrbaycanın xüsusi xidmәt orqanı kimi MTN bu sahәdә dövlәtin bel sütunlarından biridir. Son vaxtlar dünyada baş verәn ardı‑arası kәsilmәyәn terror hadisәlәrinin çoxluğu fonunda Azәrbaycandakı sabit durum istәr‑istәmәz adamı düşündürür vә bu sabitlikdә MTN‑in çox da tәbliğ olunmayan (belә dә olmalıdır) fәaliyyәtinin necә böyük olduğu qәnaәtinә gәlirsәn. Yadıma mәşhur sovet filmi “Sakit mövsüm” düşdü. Dövlәt üçün xaricdә çox böyük iş görüb, çox keşmәkeşdәn sonra xarici ölkәnin casusu ilә dәyişdirilәn kәşfiyyatçı vәtәninә dönür. Tәyyarә meydanında böyük qәlәbәlik, sevinc var, әldә şüarlar tutulub, gәnclәr hay‑küy salır, orkestr ifa edir. Bir anlıq tamaşaçıya elә gәlir ki, qәhrәman kәşfiyyatçı qarşılanır. Yox, bu hay‑küy xaricdә qәlәbә qazanmış yüngül atletlәrin şәrәfinәdir. Dövlәt әhәmiyyәtli işi görüb gәlәn kәşfiyyatçını isә tәyyarәnin arxasında iki әmәkdaş vә maşın gözlәyir. Onlar sakitcә maşına әylәşib gedirlәr. Xüsusi xidmәt orqanlarının, o cümlәdәn MTN‑in dә işi belәdir…

http://mediaforum.az/articles.php?lang=az&page=06&article_id=20101203010810316