Ana içeriğe atla

Kayıtlar

Mayıs, 2010 tarihine ait yayınlar gösteriliyor

Fəlakətli Ilham Əliyev

Hakimiyyətyönlü deputat Nazim Məmmədov “Bizim Yol” qəzetinə daşqınların onda müəyyən şübhə yaratdığından danışıb. Deputat deyib ki, təkcə 2010-cu ildə büdcədən Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinə builki xərcləri üçün 200 milyon manatdan çox pul ayrılıb və bu qədər vəsaitə sahilbərtkitmə işlərini kifayət qədər normal aparmaq olardı.  Əlbəttə olardı.
200 milyon manata, yalan olmasın, Qazaxdan Neftçalaya qədər təzə Kür və ya Heydər Əliyev adına kanal çəkmək mümkündür.
Amma Azərbaycanda büdcədən müəyyən sahələrə pul iş görmək, əhalinin rifahı üçün deyil, korrupsiya üçün münbit şərait, əsas yaratmaq üçün ayrılır.
200 milyon manat haqqında deputat “müəyyən şübhələr”ə dalsa da, geniş ictimaiyyət üçün burda şübhəli bir iş yoxdur. Pulu basıb görməmişcəsinə yeyiblər, üstündən su da içiblər. Həm də təkcə bu il yox, illərdir belədir.
Həm də Əhmədzadə onu tək həzm-rabedən keçirməyib, belə olsaydı onun hülqumunu çoxdan üzmüşdülər. Bizdə nədə qayda-qanun, ədəb-əkran olmasa da, korrupsi…