Ana içeriğe atla

Kayıtlar

2010 tarihine ait yayınlar gösteriliyor

MTN haqda Bəy tərifi

DÜNYӘVİ DÖVLӘT YÜKÜ 2010‑12‑03,

İlham İsmayıl 1957‑ci ildә Tәrtәrdә doğulub. Bakı Dövlәt Universitetinin jurnalistika fakültәsini bitirib. Bәrdәdә komsomol orqanlarında çalışıb. SSRİ Dövlәt Tәhlükәsizliyi Komitәsinin Minsk Ali Kursunda tәhsil alıb. Dövlәt Tәhlükәsizlik Komitәsi (Milli Tәhlükәsizlik Nazirliyi) sistemindә xidmәt edib. Polkovnik‑leytenant, Qarabağ müharibәsi veteranıdır. DTK‑ nın (MTN) Gәncә Şәhәr Şöbәsindә әmәliyyat müvәkkili, baş әmәliyyat müvәkkili, Şәmkir vә Göyçay bölmәlәrinin rәisi, Milli Tәhlükәsizlik Nazirliyindә şöbә rәisi olub. İlham İSMAYIL Tәhlükәsizlik Araşdırmaları Mәrkәzinin rәhbәri

Bәşәr sivilizasiyası özünün yüksәk inkişaf mәrhәlәsini yaşayır. Müasir texnologiyanın kömәyi ilә insanların hәyatı nә qәdәr rifah tapsa da, dünyada baş verәn ictimai‑siyasi proseslәr, iqlim dәyişikliyi, iqtisadi böhranlar aydın şәkildә göstәrir ki, insanlıq tәlatümlü, gәrgin bir dövrünü yaşayır. Getdikcә bu tәlatüm yay kimi dartılır vә dünyanın bu vә ya digәr regionunda hadisә…

Biləcəridən o tərəflər (Fransa)

Birinci yazı ( "Azadlıq" qəztinin 2010-07-09 sayında çap olunub )
Bu yazını oxuyacaq hər kəsin diqqətə almağı gərəkdir: oxuyacağınız material qərib bir ölkəni sizə tanıtdıracaq elmi material deyil, dərin təhlilin, ciddi araşdırmanın məhsulu isə heç deyil. Müəllifin “dəqiq, qərəzsiz və əsl həqiqəti çatdırıram” kimi iddiası yoxdur. Bu material sadəcə “Biləcəridən o tərəfə” ilk dəfə ayaq basan bir insanın təəssüratları, müşahidələridir - onlarla razılaşmaya da bilərsiniz. Fransaya gedin - necə, nə cürünü özünüz fikirləşin Azərbaycanın tanınmış şairi Süleyman Rüstəmin “Cənnət görmək istəyən Azərbaycana gəlsin” şeirinə bu gün də televiziyada, radioda ürəkdən mahnı oxuyanlar var, deyəsən bu mahnını dinləyənlər də az deyil. Müğənnilərlə işim yoxdu, şair Süleymanın nələri “cənnət meyarı” hesab etdiyini isə çox düşünürəm, yəqin ki, bu suala heç vaxt cavab tapa bilməyəcəyəm. Amma cənnət dedikdə ilk anda beynimdən keçən nələr varsa mən onları özüm gördüm. Təbii, Azərbaycanda yox, onda…

Biləcəridən o tərəflər-PARİS

Dərvişin partlatmaq istədiyi şəhərdə

Müdriklər həmişə israfçılığa qarşı olublar. Heç nəyin israfı təqdir olunur, eləcə də xoş sözlərin. Bax bu tövsiyyəyə əməl etmədiyim ucbatından indi pis vəziyyətdəyəm: Fransa qeydlərimi yazarkən Srasburqu elə təriflədim ki, indi növbə Parisə çatıb qalmışam tərif üçün söz tapmıram...

Paris və bayram 
Paris haqda çox oxuyub, çox eşidibsiniz. V. Hüqo, Napaleon, M.Robespiyerin addımladığı bu əsrarəngiz şəhər haqda elə adamlar yazıb ki, adi müxbirin Parisi təqdim etmək kimi məsuliyyətin altına çiyin verəndə istər-istəməz dizləri əsməlidir... Səhv etmirəmsə, Hemenquey “Paris səni heç vaxt tərk etməyən bayram deməkdir” söyləmişdi. Parisi görmədən bu fikirin nə qədər dəqiq, sərrast deyildiyini izah etmək çətindir. Parisə doğrudan da toy-bayramdır əhval ruhiyyəsi hakimdir. Bunu şəhərə ayaq qoyduğun an hiss etmədinsə, 5 duyğu orqanından azı 3-ü sıradan çıxıb demək ki...
Aqil Xəlildən salam və müjdə var
İyulun 4-i Strasburqda yaşayıb çalışan jurnalist dostumuz El…

Fəlakətli Ilham Əliyev

Hakimiyyətyönlü deputat Nazim Məmmədov “Bizim Yol” qəzetinə daşqınların onda müəyyən şübhə yaratdığından danışıb. Deputat deyib ki, təkcə 2010-cu ildə büdcədən Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinə builki xərcləri üçün 200 milyon manatdan çox pul ayrılıb və bu qədər vəsaitə sahilbərtkitmə işlərini kifayət qədər normal aparmaq olardı.  Əlbəttə olardı.
200 milyon manata, yalan olmasın, Qazaxdan Neftçalaya qədər təzə Kür və ya Heydər Əliyev adına kanal çəkmək mümkündür.
Amma Azərbaycanda büdcədən müəyyən sahələrə pul iş görmək, əhalinin rifahı üçün deyil, korrupsiya üçün münbit şərait, əsas yaratmaq üçün ayrılır.
200 milyon manat haqqında deputat “müəyyən şübhələr”ə dalsa da, geniş ictimaiyyət üçün burda şübhəli bir iş yoxdur. Pulu basıb görməmişcəsinə yeyiblər, üstündən su da içiblər. Həm də təkcə bu il yox, illərdir belədir.
Həm də Əhmədzadə onu tək həzm-rabedən keçirməyib, belə olsaydı onun hülqumunu çoxdan üzmüşdülər. Bizdə nədə qayda-qanun, ədəb-əkran olmasa da, korrupsi…

Doğma mübarizəmiz “Yad dildə”

“Sonu mutlulukla bitten kitaplar yollayın bana” Nazim Hikmet
Son altı ayda yeni nəsildən beş yazarın romanlarını oxudum. Həmid Herisçinin “Əli.Nino.Bakı.”, Əli Əkbərin “Artuş və Zaur”, Taleh Şahsuvarlının “Canlanma”, Seymur Baycanın “Körpüsalanlar” və Pərvizin “Yad dildə”sini. Çox qəribədir, ədəbiyyata yeni nəfəs gəritməkdə israrlı olan müəlliflərin romanları ölümlə bitir. Həmidin, Əli Əkbərin, Seymurun, Pərvzin (istisna Talehin romanıdır. Taleh bəy romanında əskinə, Babəki Xürrəmini reinkarnasiya edib canlandırıb. Lakin, Allah heç kimə o cür canlanma qismət eləməsin. Elə dirilməkdən ölü qalmaq məsləhətdir) qərhəmanları canını tapşıran adamlardır. Əlbəttə, burda heç qərhəman sözü də yerinə düşmür. Çünki adıçəkilən romanlar bu günkü Azərbaycan reallığını əks etdirib və təbii olaraq, müəlliflərin müsbət planda verdiyi, azadlıq, demokratiya tərəfdarı olan insanlar bu ölkədə qəhrəman ola bilmir, elə toxmaqda söndürülürlər. S.Baycanın Əli Əkbərin yalnız publisistikasına bələd olanlara qərib…