Ana içeriğe atla

Kayıtlar

Kasım, 2009 tarihine ait yayınlar gösteriliyor

Hikmət Hacızadə ilə Stalinin birləşmə nöqtəsi nədir?

Həbsdəki bloqçu Adnangildən reportaj 2030-da Adnan balaca Heydərə rəqib olacaqmı? Adnan Hacızadənin rəfində İlham Əliyevin də fotosu var Hikmət Hacızadə adı Azərbaycan mətbuatının demək olar bütün buraxılışlarında rastlaşa biləcəyiniz şəxsdir. Onu ən məhsuldar politoloq, ən fəal siyasi analitik də adlandırmaq olar. Hikmət bəy hər gün ən müxtəlif mövzularda – Qəbələ RLS-dən tutmuş, Qələbə kinoteatrının qarışında keçirilən aksiyaların uğuru və ya uğursuzluğu haqda jurnalistlərin ünvanladığı sualı cavablayır. Bütün bunlar azmış kimi hakimiyyət indi onu böyük və səs-küylü bir mövzunun sualları qarşısında qoyub. Diqqətli oxucu, həmin mövzunun həbs olunan gənc bloqçular – Adnan və Emin Milli olduğunu həmən duydu. Azərbaycanda bu gün də “Əbülfəz Elçibəy indi nə işlə məşğuldur, gözə dəymir” sualını verən adamların olduğunu nəzərə alaraq arayış verməyi özümə borc bilirəm: Adnan Hacızadə Hikmət Hacızadənin yeganə oğludur. Adnan iyulun 8-də Səbail rayonundakı “Livan” restoranında iki idmançı tər…