Ana içeriğe atla

Kayıtlar

Şirindilli gopçu yapçı

En son yayınlar

Siyavuş Novruzovun incə bir yalanı barədə

Rəngli televizorun bir dənə mənfi cəhətin deyim.
Baxıram, Siyavuş Novruzov deyir: Özlərinə demokrat sayan cəbhə-müsavat hakimiyyəti "ulu öndər" Naxçıvanda olarkən onunla görüşə gedən adamlara göz verib, işıq vermirdilər, onları aeroportda tutub geri qaytarırdılar.
***
Əksinə, o zamankı hakimiyyətin bağışlanmaz səhvlərindən biri o sayılmalıdır ki, H.Əliyevin dövləti içindən sökməyə yönələn fəaliyyətin vaxtında zərərsizləşdirə bilmədi. Faktlar varkı, hətta postun (döyüş bölgəsindən) qanunsuz olaraq atıb onunla görüşə gedənlər olub. Bu gün az qala yapşıların hamısının bir xatirəsi var ki, bəs Heydər Əliyev Naxçıvanda lampa işığında yaşayanda onun ziyarətinə getmişəm. Bəs bu adamlar ora necə gedirdi, ay Siyavu müəllim? Yoxsa, İvan Vasiliyevin sizin o tərəfdarlarınızı gözəgörünməz eləyib görüşə yollamışdı?
***
Naxçıvana Əliyev tərəfdarlarının gedişinə hər hansı maneənin olmamasına bariz sübut onun qurduğu partiyanın təsis qurultayının Naxçıvanda keçirilməsidir. Qurultay nümayəndələrin…

Bizə kimin gözü dəyir?

Yenə təkrar edirəm, bizim başımıza gələn müsibətlərin çoxunun kökündə bəxtsizliyimiz durur. Daha doğrusu, rəhbərimizin, əlahəzrət İlham müəllimim talesizliyi.
Yadınızda qalıbsa, Əliyev Bayıl türməsinin ətrafında nə qədər adamı gözü yaşlı qoyub ev-eşiyin zorla uçurtdurdu ki, orda dünyanın ən uca bayrağın tiksin. Tikdirdi də. Külli miqdarda pul getdi. Amma bayrağın açılışı oldu, axşaç külək vurdu onu cırıq-cırıq elədi. Bayraqla bağlı videonu aşağı qoymuşam, baxın. 
Bu hələ bir yada, bir-iki aydan sonra dünyanın ən uca bayrağın MDB-nın ən kasıb dövləti Tacikstan ucaltmaqla bizim rekordu təzələdi. Bu elə bir dərd idi ki, nə çiyindən atmaq olurdu, nə daşımaq.
İndi başımıza gələnə baxanda, bayraq şükürlükdür.
10 ildir tonlarla pul töküb Bakı-Tblisi-Qars dəmiryolun çəkirdik.
30 oktyabrda onun təntənəli açılışın nəhayət ki etdik. İllərdir bu xətti öyməkdən hökumətimizin dili qabar bağlayıb, iki gündür, bəzi "vətənpərvərlərimiz" də cuşa gəlib. Heç bir mübaliğə etmədən deyirlər ki, bəs bu …

MTN-nin öldürdüyü kimlər idi?

O gün MTN video yaymışdı ki, bəs mitinqi partlatmaq istəyən terroçuları zərərsizləşdiriblər. Dəlil kimi videolar da yaymışdılar. Həmin video bir çox sual və şübhələr doğurur.
Birinci şübhə: Azərbaycanda hətta istənilən sahə müvəkilindən soruşa bilərsiniz, onlar "radikal dindarlar"ları təqib etmədə, izləmədə daim bir ciddi problemlə üzləşdiklərindən şikayətlənirlər. Onlar telefondan ən zəruri hallarda istifadə edir, hansısa önəmli informasiya da olanda onu açıq tekstlə deyil, ərəbcə, kodlaşdırılmış halda deyirlər. Dediyim adamlar hələ terrorçu filan deyillər haa, sadəcə hökumətdən xoşları gəlməyən təkfir camaatından söhbət gedir. 
Biz belə bir mənzərənin şahidi ikən MTN götürüb "terrorçu təkfirçilərin" vatsapla bir-biri ilə oranı dağıdaq, buranı partladaq, Mədət müəllimin velsopetinin təkərinə də "zırpaket" yapşdıraq deməsin, yazmasın yayır :)Kefsiniz vallah. Amma sizin belə şən zarafatlarınız xalqımıza, dövlətimizə baha başa gəlir. (digər versiyaları burdan…

İŞİD və Azərbaycan hakimiyyəti

25 okytabrda MTN-nin terrorçu deyib öldürdüyü 3 nəfərlə bağlı yaydığı açıqlamada belə bir fikir vardı.
Yazmışdılar ki, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul ediblər. Respublikamızın hüdudlarından kənarda n qədər dini ekstremist terror təşkilatı var. Öldürülən şəxslər onların hansına biət edib?
MTN-nin yaydığı videolardakı "votsap" yazışmalarına inansaq onlar İŞİDçı olub. Hə, belə belə işlər.İŞİDçı öldürmüsünüzsə, deyin İŞİDçı öldürmüşük. Bunu niyə gizli saxlayırsız ki? Deyirsiniz, İŞİD hirslənər?İŞİD-dan qorxursunuzsa, bu başqa məsələ, sizi başa düşmək olar. Amma o qədər sadəlövhsünüz ki, siz deməsəniz İŞİD ölən militanlarından xəbər tutmayacağına inanırsınız? Bu nə qeyri-ciddilikdir?Açığı, mənim üçün məlum deyil, Azərbaycan hakimiyyəti İŞİD-dan betər qorxurur, yoxsa, ona gizlin simpatiya bəsləyir. Bu qeyri-müəyyənliyim ona görədir ki bu çağacan İŞİD dəryaları dolduracaq qədər b…

"O sözü deyəni tutub yeyirlər!"

Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramı-filan, bəsməkan...
Bilirsiniz, mən Avropanı bəyənirəm, bu heç ancaq, bu şərq tərəfdaşlığı söhbətləri ilə camaatımıza demokratiya, azadlıq kimi ülvi dəyərləri sevdirə bilmərik, bunu bacarmayacağıq. Belə söhbətlərlə ancaq qrant dəllaları qarınların doyuzdura bilər.
Sizə bir söz deyim: 2005-ci il deputat seçkisi idi. Mən "Azadlıq" blokunun Sabirabadda səlahiyyətli nümayəndəsi idim. Bizim dairədədənnamizədliyin vermişdik.
Sabirabadın ucqar bir kəndində təbliğat görüşü edirdik. Xeyli adam vardı. Xaliq bəy babat çıxış elədi, azadlıq, demokratiya, özgürlük filan...
Bir ağsaqqal çıxışın sonunda üznü bizə tutub dedi: Oğlum mən səni diqətlə dinlədim. Zəhmətinə hayfım gəlir. Ay balam, nə demokratiya, burda o sözü deyənləri tutub yeyirlər. Bura hələ sovet quruluşu gəlib çıxmayıb sənsə başlamısan demokratiya...
İkinci görüş bir türk kəndində oldu. Xaliq bəy, Məhəmməd Şəhriyardan gözəl bir şeir dedi. Ağsaqqalın biri dolumsandı. Lap önə gəlib onun əl…

Hüseyn Cavid barədə İNANILMAZ faktlar

1918-ci ilin martı. H.Cavid qaldığı Təbriz hotelinin 70 sakini ile başıpozuq ermenilere esir dusur. Əsirleri indiki “Opera” teatrina getirirler. Yolda onlarin 60-i gullelenir. Qalan 10 nefer 1 hefteden sonra azad buraxilir. *** Cavidin qardasi qizi Şefiqe Ferhad Resulov adli bir neferde erde olur. ferhad Goranboyda prokuror olur. Bir gun onu Mircəfər Bagirov yanina cagirir. Otaqda var gel eden Bagirov qefilden ona uca sesle: sen niye xalq dusmeninin qardasi qizi ile evlenmisen sorusur. Adam ozunden asili olmayaraq: evlenmemisem, qacirmisam. İcaze verin gedib boşayim, yoldas Bagirov- deyir. Bu zaman bagirov sorusur: usaqdan zaddan ne var. Adam: 1 oglum- var deyir. Bagirov onda onun boynun dalina yavasca vurub deyir: bes usaq nece olsun? Adami rahat buraxir *** Cavid repressiya olunsa da onun qardaşının kürəkəni Farhad uzun iller prokurorluqda calisib. Cavidin qardaşı oglu Şamil Naxcivanda Nazirler Kabinetinde mesul vezifede işləyirdi. Tahir Rəsizade Lenkeranda subtropik bitkiler texnikomunun direkt…